Yeni nəsil texnologiyalar tətbiq olunmaqla əhaliyə simsiz yüksəksürətli internet xidməti göstəriləcək.
Abşeron və Sumqayıt Telekommunikasiya qovşaqlarının xidmət ərazisində telefonlaşmayan, eyni zamanda qismən telefonlaşan ərazilərdə telefon və internetə olan tələbatı nəzərə alaraq “4G LTE (Long-Term Evolution – Uzunmüddətli inkişaf)” texnologiyası tətbiq edilməklə əhaliyə stasionar telefon və internet xidmətinin verilməsi üçün layihə hazırlanaraq icrasına başlanıb.
Qeyd edək ki, LTE texnologiyası məlumatların yüksək sürətlə ötürülməsi və məhdud infrastrukturlu ərazilərin çevik şəkildə telekommunikasiya xidmətləri ilə təmin edilməsi kimi üstünlüklərə malikdir.
LTE baza stansiyalarının artıq müvafiq ərazilərdə tikintisinə başlanıb və yaxın günlərdə əhalinin istifadəsinə verilməsi planlaşdırılır.
İlkin olaraq Abşeron TKQ-nin ərazisində 13 yerdə (Aşağı Güzdək, Qobu, Ceyranbatan, Masazır, Saray, Xocasən qəsəbələri, Xırdalan şəhəri Kombinat adlanan ərazi, Qurtuluş 93 və Yeni Novxanı yaşayış massivləri, Digah, Fatmayi, Məhəmmədi, Novxanı kəndləri)35 baza stansiyası və Sumqayıt TKQ-nin xidmət ərazisində 4 yerdə (Yaşıldərə və Qurd dərəsi yaşayış massivləri, Corat və H.Z.Tağıyev qəsəbələri) 9 baza stansiyasının quraşdırılmasına başlanıb.
Tikinti quraşdırma işləri başa çatdırıldıqdan sonra təqribən 3000-ə yaxın abunəçi internet və telefon xidməti ilə təmin ediləcək.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət