Şəki, Qax, Zaqatala və Balakən rayonlarında tütün istehsalçıları verilən subsidiyaların məbləğinin artırılmasını xahiş edirlər. Bu barədə “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin məlumatında deyilir.
Məlumata əsasən, fermerlər bu təkliflə ASK-nin “Azərtütün” MMC-nin nümayəndələri ilə görüş çərçivəsində müraciət ediblər.
“Fermerlər məhsul istehsalı ilə əlaqədar onlara verilən güzəştli kreditlərin müddətinin uzadılması, tütünün qəbul qiymətinin və tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslərə təhvil verilmiş tütünə görə tütün istehsalçılarına verilən subsidiyaların məbləğinin artırılması, həmçinin toxum, texnika və su təminatının yaxşılaşdırılmasını xahiş ediblər”, - məlumatda deyilir.
Görüşlər çərçivəsində “Azərtütün ASK” MMC ilə tütün istehsal edən sahibkarlar arasında işgüzar əlaqələrin daha sıx təşkil edilməsi, operativliyin təmin olunması, qərarların çevik qəbul edilməsi və tütün istehsalçılarının maraqlarını əks etdirməsi məqsədi ilə hər bir rayonda 5 nəfər fermerin cəlb edilməsi ilə məşvərət şuralarının yaradılması qərara alınıb.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev 2018-ci ilin dekabr ayında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə qaydasını təsdiq edib.
Qayadaya əsasən, Agentliyin vəsaiti kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və satışı proseslərinin təkmilləşdirilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi; regionların aqrar inkişafı ilə bağlı innovativ layihələrin maliyyələşdirilməsi; kənd təsərrüfatı istehsal vasitələrinin təchizatının yaxşılaşdırılması ilə bağlı layihələrin, həmçinin onların güzəştli satışının və lizinqinin maliyyələşdirilməsi; heyvandarlıq təsərrüfatlarının dövlət-özəl tərəfdaşlığı tətbiq edilməklə inkişafı sahəsində layihələrin maliyyələşdirilməsinə sərf olunan bilər.
Güzəştli kreditlərin müddətləri aşağıdakı kimi müəyyən edilir: mikrokreditlər üçün - 2 ilədək; kiçik və ortahəcmli kreditlər üçün - 3 ilədək; irihəcmli kreditlər üçün - 5 ilədək. Kreditlər üzrə güzəşt müddəti aşağıdakı kimi müəyyən edilir: mikrokreditlər üçün - 12 ayadək; kiçik və ortahəcmli kreditlər üçün - 18 ayadək; irihəcmli kreditlər üçün - 24 ayadək.
Agentlik vəsaiti müvəkkil kredit təşkilatlarına illik 2% tətbiq etməklə verəcək. Agentliyin kredit vəsaitinə tətbiq etdiyi illik faiz dərəcəsinin ən yüksək həddi 7%-dən artıq olmamalıdır. **
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət