“Azpetrol” şirkəti 15 iyul 1997-ci il tarixində Bakı şəhərinin “Tbilisi“ prospektində özünün ilk yanacaqdoldurma məntəqəsinin açılışı ilə fəaliyyətə başlayıb.
Şirkətin əsas fəaliyyəti Azərbaycanda avtomobil yanacağının pərakəndə və topdan satışının təşkilindən ibarətdir. Hazırda “Azpetrol”un respublikanın əksər bölgələrini əhatə edən 85 yanacaqdoldurma və 5 qazdoldurma məntəqəsi fəaliyyət göstərir.
Yanacağın keyfiyyətinin yaxşılaşdırılması və məntəqələrin fasiləsiz yanacaqla təmin edilməsi məqsədilə, 1999-cu ildə "Azpetrol"un müasir standartlara cavab verən Neftbazası istifadəyə verilmişdir.
Şirkət yanacağın YDM və QDM-lərə fasiləsiz olaraq və vaxtında çatdırılması məqsədi ilə 1999-cu ildə yanacaqdaşıyan maşınların Avtoparkını istismara vermişdir. Beynəlxalq standartlara uyğun təşkil olunmuş həmin Avtoparkda 120 yanacaq daşıyan avtomobil istənilən vaxt yola çıxmağa hazırdır.
Şirkətin yanacaqdoldurma məntəqələrində müştərilərə texniki xidmət, avtomobil yuma, kafelər, motellər, mağazalar və s. xidmətlər təqdim olunur. Şirkət 2002-ci ildən etibarən nağdsız hesablaşmalar üzrə “Petrol Plus Offline“ sistemini tətbiq etmiş, 2011-ci ildən isə həmin xidmətdən istifadə edən müştərilərin sayının artdığını nəzərə alaraq tərəfimizdən daha müasir və təhlükəsizlik baxımından daha etibarlı olan “Petrol Plus Online “ proqramının tətbiqinə başlanılmışdır.
2006-cı ildən etibarən isə yanacaqdoldurma məntəqələrində müştərilərə Master Card və Visa Card plastik kartlar vasitəsilə ödəniş etmək imkanı yaradılmışdır.
2017-ci ildə isə “Azpetrol” şirkəti müştəri rahatlığını təmin etmək məqsədilə yanacaq kartlarının satışının təşkil edilməsində daha bir addım atdı.
“Azpetrol” şirkəti müştərilərinin istəklərini və rahatlığını nəzərə alaraq 2017-ci ilin yanvar ayından Elektron talon xidmətini, 2017-ci ilin iyun ayından isə Azərbaycanda ilk dəfə olaraq Hədiyyə kartlarının onlayn satışına start vermişdir.
“Azpetrol“un Şəki, Balakən, Qusar, Beyləqan və Qazax rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində müştərilərin və qonaqların rahatlığını təmin etmək üçün onlara yüksək səviyyədə xidmət göstərən motelləri fəaliyyət göstərir. Motellərdə müsafirlər rahat, lüks və yarım-lüks otaqlarından istifadə edə bilərlər.
Ötən illər ərzində “Azpetrol” şirkəti bir çox mükafatlarla təltif olunmuşdur. Bu mükafatlar sırasında “Uğur”, “Biznes Prestij”, “Caspian Energy İntegration Award” ,“Keyfiyyətə Görə Beynəlxalq Qızıl Ulduz”, “Kraliça Viktoriya Xatirə Medalı”, Caspian Business Award - 2016”, “Caspian Energy Award - 2017”, “Caspian Energy Award - 2018” və digərləri var.
“Azpetrol”- Daim inkişafa doğru!
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət