Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə nəzarəti prosesini təkmilləşdirmək məqsədilə hakaton keçirib.
Yarışma “SUP Akselerator” şirkəti tərəfindən təşkil edilib. Proqramçı və mühəndislərdən ibarət 8 komanda 48 saat fasiləsiz yarışaraq, 2 əsas və 2 əlavə tapşırığın öhdəsindən gəlməyə çalışıb. Qalib komanda 3000 AZN məbləğində mükafatla təltif edilib.
“Antidopinq sahəsi sürətlə inkişaf edir. Bu sahədə hər gün yeni çağırışlar yaranır. Onların öhdəsindən gəlmək üçün biz mütləq yüksək texnologiyalardan istifadə etməliyik. Məhz buna görə AMADA-nın strateji məqsədlərindən biri dopinqlə mübarizədə innovativ üsullardan istifadədir. Bu, 2019-2022-ci illər üçün Strateji planda əks olunub. Bu hakatonu keçirməklə biz bir tərəfdən bu məqsədə nail olmağa çalışırıq. Digər tərəfdən isə Azərbaycanın IT icmasının inkişafına dəstək olmaq istəyirik”, - AMADA-nın direktoru Şəfəq Hüseynli hakatonun bağlanış mərasimində deyib.
Onun sözlərinə görə, hakatonun nəticəndə yaradılacaq məhsul AMADA tərəfindən təqdim edilən növbəti yeniliklərdən biri ola bilər.
“AMADA nisbətən gənc təşkilatdır. Biz cəmi 2,5 ildir ki, fəaliyyət göstəririk. Amma qısa müddət ərzində biz antidopinq dünyasına bir çox yeniliklər təqdim etmişik. Ümid edirəm ki, bu hakatonun nəticəsində yaradılacaq məhsul da belə bir yeniliklərdən biri olacaq” - Ş.Hüseynli qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət