Cari ilin avqust ayında İrəvan xanlarının xələfləri Əmir Əli Sərdar İrəvani ailəsi və qohumları ilə Bakıda Heydər Əliyev Mərkəzində Gürcüstan Milli Muzeyindəki Azərbaycan və Şərq kolleksiyalarından ibarət “Tarixin şah əsərləri” adlı sərgini ziyarət ediblər.
“1827-ci ildə İrəvan qalasını zəbt edəndən sonra rus qoşunlarının Tbilisiyə gətirdiyi çoxsaylı artefaktlar bir neçə il öncə Gürcüstan Milli Muzeyində aşkar edilərək Bakıya gətirilib”, - Rusiyanın “Nezavisimaya qazeta” nəşrində dərc olunana azərbaycanlı politoloq Fuad Axundovun məqaləsində deyilir.
Müəllifin məqaləsində Səfəvi sərkərdə Rəvanqulu xan tərəfindən İrəvan qalası və 1504-11-ci illərdə şəhərin tikintisi haqqında söz açılır. Onun şərəfinə şəhər və qalaya Rəvan (İrəvan) adı verilir.
“Bu faktı Böyük Sovert Ensiklopediyası da təsdiq edir. Burada qeyd olunur ki, 1936-cı ildə Erivan adı Ermənistan SSRİ hökuməti tərəfindən Yerevan ilə dəyişdirilib”, - Axundov bildirir.
Politoloq qeyd edir ki, sərginin üç bölməsində Qacarlar sülaləsi zamanı yaradılan və toplanan qədim Azərbaycan incəsənəti, İrəvan xanlığının Sərdar sarayı kompleksindən məişət əşyaları və rəsm əsərlərinin kolleksiyası və rus fotoqraf Dmitri Yermakovun (1846-1916-ci illər) arxivindən İrəvan xanlığı haqqında əldə edilmiş fotosənədlər nümayiş olunub. Ekspozisiyaya ümumilikdə 300-ə yaxın eksponat daxil olub.
“İrəvan xanlarının xələfləri İrəvan xanlarının irsinin sərgisi keçirildiyi Heydər Əliyev Mərkəzinə baş çəkiblər. Burada onlara İrəvan xanlarının unikal artefaktları nümayiş olunub. Əmir Əli Sərdar İrəvani İrəvan xanlığının tarixinin qorunması və tanıdılmasındakı xidmətlərinə görə Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun direktoru Anar Ələkbərova dərin minnətdarlığını bildirib və bu nəcib işdə hərtərəfli dəstək verməyə hazır olduğunu deyib”, -müəllif vurğulayır.
Məqalədə qeyd olunur ki, İrəvan xanlarının xələfləri Azərbaycana səfər çərçivəsində UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Şəki Xan Sarayı və tarixi mərkəzi, həmçinin digər görməli yerləri ziyarət ediblər. Bundan başqa, onlar Gəncəni ziyarət ediblər. Burada orta əsr tikililəri, Azərbaycan şairi Nizami Gəncəvi məqbərəsi, Şah Abbas Məscidi, Cavad Xan Məqbərəsi və digər orta əsr memarlıq abidələrini ziyarət ediblər. **
F.İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət