Uzun fasilədən sonra daha bir böyük beynəlxalq maliyyə təşkilatı Azərbaycan maliyyə bazarına Bank Respublika ilə qayıtdı! Bank Respublika Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə valyuta üzrə svop-sazişi imzalayıb.
Bu saziş, banka müştərilərini valyuta risklərindən sığortalamağa və yerli valyutada maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmağa şərait yaradacaq. Müqaviləyə əsasən, Bank Respublika və IFC, valyuta svopu üzrə əməliyyatları Beynəlxalq Svop və Derivativlər Assosiasiyasının (ISDA) Təməl Müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirəcəklər. Bu, banka ABŞ dolları ilə denominasiya edilmiş vəsaitlərinin hedcinqini, bununla da aktivlərin və öhdəliklərin daha yaxşı idarə edilməsini mümkün edəcək. Valyuta svopu əməliyyatları həyata keçirərək, Bank Respublika müştəriləri üçün uzunmüddətli maliyyə resurslarına çıxışı yaxşılaşdıracaq, yerli müəssisələrə böyüməyə və iş yerləri açmağa kömək edəcək.
““Mikro, kiçik və orta sahibkarlıq seqmentlərində Azərbaycan maliyyə bazarının liderlərindən biri olan Bank Respublika, öz müştərilərini dəstəkləyərək, onları ölkə iqtisadiyyatının inkişafına töhvə verməsinə təşviq edir. IFC ilə imzalanmış saziş bankımıza müştərilərimizi yerli valyutada sərfəli şərtlərlə maliyyələşdirilməsini genişləndirməyə imkan verəcəkdir”, deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
“Biz bundan sonra da Azərbaycana özəl sektorun imkanlarından istifadə etməkdə köməklik göstərməyə davam edəcəyik və bizim çoxdankı tərəfdaşımız olan Bank Respublika ilə bağlanmış müqavilə bu strategiyanın tərkib hissəsidir. Bu strategiya eyni zamanda qeyri-neft sektorunun artımını təmin etmək üçün Azərbaycanın ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş səyləri ilə üst-ustə düşür”, deyə IFC-nin iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankes vurğulayıb.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
IFC haqda ətraflı məlumat almaq üçün sayta müraciət edə bilərsiniz: www.ifc.org
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət