Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi baş nazirin müavini vəzifəsindən azad edilməsi ilə bağlı istefa ərizəsi təqdim edən Əli Həsənova ölkənin inkişafına verdiyi töhfələrə görə təşəkkürünü bildirib.
“Hörmətli Əli müəllim, bu gün siz mənim ünvanıma ərizə yazmısınız. Ərizədə tutduğunuz vəzifədən azad olunmağınızı xahiş edirsiniz. İstərdim ki, sizə ölkəmizin inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirim.
müstəqillik dövründə 21 ildir ki, baş nazirin müavini vəzifəsində çalışırsınız, son 16 il ərzində mənim rəhbərliyimlə”, - Əliyev Həsənovu qəbul edərkən bildirib. Dövlət başçısının saytında prezidentin sözləri dərc olunub.
İ.Əliyev əlavə edib ki, Həsənov təqaüd yaşına çatıb.
“71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır. Eyni zamanda, siz ictimai-siyasi həyatda fəal rol oynayırsınız və mənim tövsiyəmlə Yeni Azərbaycan Partiyası sizi sədrin müavini vəzifəsinə layiq görübdür. Əminəm ki, siz komandanın etibarlı üzvü kimi bundan sonra da fəaliyyət göstərəcəksiniz. Hesab edirəm ki, partiya işində fəallığa daha böyük ehtiyac var. Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır. Son vaxtlar siz bu sahəyə daha fəal qoşulmusunuz və bölgələrə səfərlər edirsiniz. Mənə göndərdiyiniz arayışlarda bölgələrdə mövcud vəziyyətlə bağlı məlumatlar və görüləcək işlər haqqında təkliflər verirsiniz”, - Əliyev qeyd edib.
Öz növbəsində, Həsənov bildirib ki, həqiqətən gənclərə yol vermək lazımdır.
Xəbər verildiyi kimi, Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi baş nazirin iki müavini – Əli Həsənov və Hacıbala Abutalıbovun təqaüdə çıxmaları ilə əlaqədar vəzifələrindən azad edilməsi haqqında sərəncamlar imzalayıb. Həsənovun 71, Abutalıbovun 75 yaşı var.
2019-ci il oktyabrın 8-də Azərbaycanda baş nazir dəyişib. Novruz Məmmədov baş nazir vəzifəsindən istefa verib. KİV-in məlumatına görə, bu, Novruzovun təqaüdə çıxması ilə əlaqədardır. Onu bu vəzifədə prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov əvəz edib. **
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət