Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) həvəskar idmanda dopinqin istifadəsinə qarşı mübarizə sahəsində Danimarka təcrübəsini öyrənir. AMADA-nın nümayəndə heyəti 23-24 oktyabr tarixlərində Kopenhagen şəhərində keçirilən “Fitnesdə dopinq və səhiyyə” beynəlxalq konfransında iştirak edib və Danimarka Antidopinq Təşkilatı (ADD) ilə bir sıra görüşlər keçirib.
Konfrans iştirakçıları anabolik steroidlər və böyümə hormonlarının fitnes mərkəzlərində və idman zallarında istifadəsi, gənclər arasında yayılması, insan sağlamlığına mənfi təsiri ilə bağlı son araşdırmaların nəticələrini müzakirə edib. Həmçinin tədbirdə anabolik steroidlər və böyümə hormonlarının qlobal “qara bazarı”, onların qeyri-leqal yayılması yolları, onlarla mübarizə üsulları, antidopinq təşkilatları və hüquq-mühafizə orqanları arasında əməkdaşlıq məsələləri təhlil edilib.
“Oxşar problemləri biz Azərbaycanda da müşahidə edirik. Anabolik steroidlərdən gənclərin istifadə etməsi bizi xüsusilə narahat edir. Gənclərə bu maddələr əsasən fitnes mərkəzlərində və idman zallarında təklif olunur. Çoxsaylı tədqiqatlar sübut edir ki, anabolik steroidlər və böyümə hormonları insan sağlamlığına çox ciddi mənfi təsir göstərir”, - AMADA-nın direktoru Şəfəq Hüseynli Danimarka səfərinin yekununda bildirib.
Onun sözlərinə görə, ADD həvəskar idmanda dopinqin istifadəsinə qarşı mübarizə sahəsində ən qabaqcıl təşkilatlardan biri hesab edilir.
“Biz Danimarka təcrübəsini diqqətlə öyrənirik və anabolik steroidlərin fitnes mərkəzlərində və idman zallarında yayılmasının qarşısının alınması istiqamətində daha da fəal işləyəcəyik. Biz bu sahədə hüquq-mühafizə orqanları ilə çox sıx əməkdaşlıq edirik”, - Ş.Hüseynli deyib.
AMADA anabolik steroidlər və böyümə hormonlarının idxalı və satışı ilə məşğul olan şəxslər haqqında məlumatların hüquq-mühafizə orqanları ilə mübadiləsini həyata keçirir. Bununla yanaşı, ölkədə steroidlər və böyümə hormonlarının yayılmasını tənzimləyən qanunvericiliyin sərtləşdirilməsi məqsədilə agentlik bir sıra təkliflər irəli sürəcək.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət