Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə işlər çərçivəsində ekspertlərin növbəti görüşü 2019-cu ilin sonunadək, komissyanın iclası – 2020-ci ilin birinci rübündə baş tutacaq. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
“Delimitasiya çərçivəsində işləri davam etdiririk, çünki bu hər iki tərəf üçün aktualdır. Sərhədin 2/3 hissəsi artıq razılaşdırılıb, sərhədin 1/3 hissəsi ilə bağlı fikir ayrılıqları var”, - Xələfov bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu fikir ayrılıqların aradan qaldırılması məqsədilə ekspertlərin görüşlərinin davam etdirilməsi, həmçinin arxiv sənədlərinin təkar baxılması zəruridir. “Irəliləyiş əldə etmək üçün ekspertlərin görüşləri komissiyanın növbəti iclasına qədər davam edəcək. Ekspertlərin görüşünün Tbilisidə keçirilməsini planlaşdırırıq, bu görüşün cari ilin sonunadək keçiriləcəyinə inanıram, 2020-ci ilin birinci rübündə - komissiyanın iclası keçiriləcək”, - nazir müavini qeyd edib.
Eyni zamanda, Xələfov bu prosesi siyasiləşdiməməyə çağırıb.
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə işlər 1996-cı ildən aparılır. Bu proses çərçivəsində tərəflər dövlət sərhədinin 480 km-lik hissəsinin 314 km-ni razılaşdırıblar.
Komissiyanın sonuncu iclası cari il mayın sonunda Bakıda keçirilib.
2019-cu il iyulun 14-də Gürcüstandan olan bir qrup şəxsin Azərbaycan ərazisində yerləşən Keşikçidağ mağaralar kompleksi yaxınlığında xidmət aparan sərhəd naryadına hücum etməsi və onları nalayiq ifadələrlə təhqir edib.
Hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görülməklə insident qısa müddət ərzində aradan qaldırılıb və DSX-nin şəxsi heyəti tərəfindən ərazidə təhlükəsizlik tədbirləri təmin edilib.
İyulun 15-də Gürcüstanın Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və məsələ ilə bağlı müvafiq izahat istənilib. XİN iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribat kimi qiymətləndirib.
İyulun 16-da xarici işlər nazirinin müavini X.Xələfov qeyd edib ki, dövlət sərhədinin delimitasiyası üçün hər hansı dini-mədəni və sair qeyri-hüquqi faktlar əsas təşkil edə bilməz. Keşikçidağ mağaralar kompleksini əhatə edən sahə bütün mövcud hüquqi sənədlər, faktiki istifadə vəziyyətinə görə hər zaman Azərbaycan ərazilərinə aid olub.
O bildirib ki, hələ 1963-cü ildə Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq edilmiş topoqrafik növbətçi xəritələrdə öz əksini tapıb və SSRİ-nin süqutuna qədər tərəflər arasında inzibati sərhəd kimi qəbul edilib.
"Keşikçidağ" monastır kompleksi Azərbaycan ərazisində yerləşir. Bununla belə, Gürcüstan ictimaiyyətinin nümayəndələri bu kompleksin onlara aid olduğunu iddia edir və daim hər iki ölkənin sərhədində müxtəlif insidentlər törədirlər.**
B.Rüstəmbəyov, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət