Caspian European Club üzvləri biznes-tur çərçivəsində “ASK şüşə” zavoduna baş çəkiblər. Biznes-tur zamanı biznesmenlərə istehsal olunan məhsulların tam assortimenti və qapalı istehsalat sikli də daxil olmaqla müasir istehsal texnologiyası təqdim olunub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Zavod xüsusilə regional şüşə qabları bazarında yerli istehsalçıların da istifadə etdikləri rəqabətədavamlı məhsullar istehsal edir.
Zavodun direktoru Zaur Yaqubov qeyd edib ki, bu il yeni istehsalat xəttinin işə salınması zavodun layihədə nəzərdə tutulmuş istehsal gücünü 90 faizədək yüksəltməyə imkan verəcək. Zavodun ümumi istehsal gücü 80-85 mln şüşə tara təşkil edir. Müəssisədə 50-60 yeni iş yeri açılacaq. Onun sözlərinə görə, yaxın gələcəkdə İtaliyanın aparıcı şirkəti ilə əməkdaşlıq barədə razılaşmaya əsasən, yeni avadanlığın quraşdırılmasından sonra bu göstərici iki dəfə artacaq və 160 milyona çatacaq.
“ASK şüşə” MMC 2018-ci ilin fevralında yaradılıb və Azərbaycan Sənaye Korporasiyasının (ASK) strukturuna daxildir. Müəssisə Bakı şəhərində yerləşir.
Klub üzvlərinə verilən məlumata görə, müəssisə 22 ha ərazidə yerləşir və İtaliyadan gətirilmiş ən müasir avadanlıqlarla təchiz olunub. Yerli xammaldan istifadə etməklə yanaşı, “ASK şüşə” Rusiya, Ukrayna və Tükiyədən də xammal tədarük edir. “Azərbaycan Sənaye Korporasiyası” ASC il ərzində istehsalatı artırmaq və sənaye məhsullarının keyfiyyətini yüksəltmək, həmçinin yeni iş yerləri açmaqla əhalinin maddi rifahını yaxşılaşdırmaq istiqamətində bir sıra vacib işlər həyata keçirir.
Daha sonra qeyri-rəsmi şəraitdə Caspian European Club üzvlərinin ASK rəhbərliyilə görüşü təşkil olunub. Görüşdə ASK rəhbərliyi biznes-tur iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Tərəflər mümkün əməkdaşlıq barədə müzakirələr aparıb, ilkin razılaşma əldə ediblər. Telman Əliyev bildirib ki, Caspian European Club ölkənin və regionun nəhəng dövlət və özəl müəssisələrinin potensialı, həmçinin əməkdaşlıq qurmaq imkanları ilə daha ətraflı tanış olmaları məqsədilə ənənəvi olaraq iş adamları üçün bu cür biznes-turlar təşkil edir. İl ərzində ondan artıq biznes-tur keçirilib.Onların sırasına erməni işğalçılarından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə, AMEA-nın Yüksək Texnologiyalar Parkına, Naxçıvan Muxtar Respublikasına, Bakıdakı Heydər Əliyev Beynəlxalq aeroportuna, Beynəlxalq Bakı Ticarət Limanına, “Ulduz” şokolad fabrikinə, “Gazelli Group” kosmetika şirkətinin fabrikinə, “Debet Safety” şirkətinin fabrikinəvə digər məkanlara təşkil olunmuş biznes-turlar da daxildir.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşklatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya və Latviyada səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət