“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün CEO Lunch çərçivəsində Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri ilə görüşüb.
“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev çıxış edərək bildirib ki, Azərbaycanda həyata keçirilən qazlaşdırma işləri birbaşa ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir.“Biz fəaliyyətimizdə məhz Prezidentin qarşımıza qoyduğu tapşırıqları hədəf olaraq diqqətdə saxlayırıq. Başqa ölkələrdən fərqli olaraq,Azərbaycanda qazlaşma investisiya xarakteri daşımır və dövlət büdcəsindən hər il ayrılan vəsait hesabına icra olunur. Son 10 ildə ölkədə qazlaşma səviyyəsi 62.2 % dən 96 %-ə çatdırılıb. “Azəriqaz” İB-nin abonentlərinin sayı 700 mindən 2 milyon 300 minə çatıb. Qaz xətlərinin çox hissəsi yenilənib, əsaslı təmir olunub. Bütün bunların mərkəzində bir məqsəd dayanır – Azərbaycanvətəndaşının rahatlığını və sosial rifahının yaxşılaşdırılmasını təmin etmək. Bu il də qazlaşdırma işləri həm Bakı və paytaxt ətrafında, həm də bölgələrdə sürətlə davam etdirilib. 2019-cu ilin sonunadək təkcə bölgələrdə 100-ə yaxın yaşayış məntəqəsi qazla təmin ediləcək. Digər tərəfdən fəaliyyətimizdə müasir texnologiyalardan yararlanmağa da çalışırıq. Müasir və şəffaf əsaslarla xidmət göstərmək üçün “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə inteqrasiya olunmaqda maraqlıyıq. Bir sözlə, “Azəriqaz” İB abonentinin dostu olmağa, onun qayğılarını öz qayğıları kimi qəbul etməyə daim hazırdır”, - deyə o bildirib.
Sonra Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev hər ay Azərbaycan, Gürcüstan və Qazaxıstanda keçirilən CEO Lunch sayəsində Caspian European Club-un biznes-netvorkinq üçün beynəlxalq platformaya çevrildiyini deyib.CEO Lunch Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyətin və yeni işgüzar əlaqələrin qurulmasına əlavə imkanlar yaradır.CEO Lunch həmçinin dövlət və özəl sektor arasında dialoqun qurulmasında aparıcı alətlərdən biridir.
Sonra Ruslan Əliyevə Caspian European Club-un fəxri üzvlük sertifikatı təqdim olunub. Caspian European Club-un üzv şirkətlərinə də sertifikatlar verilib.
CEO Lunch Baku-nun baş sponsoru Gazelli Group MMC-dir.
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (AZərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ, Almaniya, Polşa, Latviya və Çexiyada səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət