"Bakı Metropoliteni” QSC və “Metrovaqonmaş-Servis” (Rusiya) 15 vaqonun (3 qatar) plan əsasında xidməti və qaldırıcı-depo təmirinə dair müqavilə imzalayıblar. Bu barədə "Transmaşholdinq” məlumat verir.
“Təmir olunacaq vaqonlar 2015-ci ildə Bakı Metropoliteninin sifarişi ilə “Metrovaqonmaş”da istehsal olunub. İşlər 2020-ci il ərzində Nəriman Nərimanov adına elektrik deposunun bazasında icra olunacaq”, - məlumatda qeyd olunur.
İşlərə dartıcı mühərrik, qatarın hərəkət sistemi, elektrik avadanlığı, işıqlandırma, videomüşahidə, iqlim nəzarəti və vaqonların sürülüb yoxlanması daxildir.
Müqaviləyə əsasən, “Metrovaqonmaş-Servis” təmir üçün zəruri avadanlıq alacaq, gələcəkdə zəruri keyfiyyətin sərbəst dəstəklənməsi üçün texnoloji proseslər təşkil edəcək, Azərbaycan personalının təlimini həyata keçirəcək.
"Bakı Metropoliteni” ilə müqavilə “Metrovaqonmaş-Servis” üçün ilk beynalxalq əməkdaşlıq təcrübəsidir.
“Metrovaqonmaş-Servis” MMC 2018-ci ildə “Metrovaqonmaş”ın servis xidməti müdiriyyətinin bazasında təsis olunub.
Şirkət Moskva Metropoliteninə məxsus olan qatarlara xidmət göstərir. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət