Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı TellMann (ingilis dilindən tərcümədə danışan adam deməkdir) tok-şousuna eksklüziv müsahibə verib.
Mustafa Babanlı müsahibəsində öz valideynləri haqqında danışıb, Kiyevdə təhsil aldığı illərlə bağlı maraqlı xatirələri ilə bölüşüb, “Heydər Əliyevin balaları” adlandırılan ölkənin hüdudlarından kənarda təhsil alan gənclərə o zaman necə hörmət və məsuliyyətlə yanaşıldığından və onlardan yalnız yaxşı nəticələr gözlənildiyindən bəhs edib.
ADNSU-nun rektoru həmçinin son illərdə qazanılan uğurlardan söz açıb, həmçinin ADNSU-nun yeni nəsil alimlərin yetişdirilməsində və inkişafındakı fəal roluna, təlim metodikasına, dünyanın nəhəng ali təhsil müəssisələri ilə əməkdaşlığa, startaplara və ADNSU çərçivəsində həyata keçirilən digər layihələrə xüsusi diqqət ayırıb.
ADNSU-da korrupsiyanın kökünü kəsməyə necə nail olunduğundan danışan Mustafa Babanlı bu məsələdə ölkə rəhbərliyinin xüsusi dəstəyini və Azərbaycanın Təhsil Nazirliyi ilə qurulmuş birgə işi vurğulayıb.
“Siz Azərbaycan Prezidentinin qəbulundasınız... Prezidentlə nə barədə danışmaq istərdiniz?” ənənəvi sualına Mustafa Babanlı “Elm barəsində” deyə cavab verib. Mustafa Babanlının fikrincə, “Elə bir dünyada hər şeyin elmin həll etdiyi dövr gəlib çatıb. Bu gün iqtisadiyyat da, elm də bacarıqlara yox, biliklərə əsaslanır... Elmsiz və biliksiz gələcək yoxdur”.
O həmçinin elm ictimaiyyəti və təhsil alan tələbələr arasındakı sıx əlaqələrin zərururiliyini qeyd edib. Onun sözlərinə görə, bu gün elm yeni kadrlar hazırlayan köhnəlmiş təhsil prosesini və materiallarını qabaqlayır. Tələbələrin elm proseslərində fəal iştirak edə və öz potensiallarını daha çox həyata keçirə biləcəkləri açıq platformanın yaradılması zəruridir.
Müsahibəsinin sonunda Mustafa Babanlı geniş auditoriyaya müraciət etmək imkanına görə TellMann tok-şousunun yaradıcılarına minnətdarlıq edib bütün tamaşaçılara elmlə məşğul olmağı, öz inkişafına daha çox diqqət ayırmağı tövsiyə edib.
TellMann tok-şousunun tam versiyası YouTube kanalında, həmçinin dünyanın müxtəlif ölkələrininə kabel və regional kanallarında yayımlanır. TellMann tok-şousunun müəllifi və aparıcısı Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir. Tok-şounun bu və digər müsahibələrini www.tellmann.show linki vasitəsilə izləyə bilərsiniz.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət