Azərbaycan hökuməti koronavirusun nəticələri ilə mübarizə çərçivəsində COVİD-19 pandemiyasından zərər görən mikrobiznesə maliyyə dəstəyi mexnizmini tərtib edib. Bu barədə “İnterfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, mexanizm çərçivəsində hökumət 292,4 min mikrobiznes subyektinin dəstəklənməsi məqsədilə 80 milyon manat (cari məzənnə ilə $47 milyon) ayıracaq. “Bu vəsait 2019-cu ildə vergilərini, məcburi dövlət sosial sığorta haqlarını və işsizlikdən sığorta haqlarını ödəmiş vergi ödəyicilərinə ayrılacaq. Maliyyə dəstəyinin mümkün qədər qısa müddət ərzində göstərilməsini təmin etmək üçün fərdi sahibkarlar İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə müraciət təqdim etməlidirlər”, - nazirlikdən bildirilir.
“Fərdi (mikro) sahibkarın 2019-cu il ərzində dövlət büdcəsinə ödənişinin məbləği 250 manatdan az olduğu təqdirdə ona 250 manat məbləğində maliyyə dəstəyi göstəriləcək”, - İqtisadiyyat Nazilriyindən əlavə ediblər.
Bu mexanizmdən cəmi 248,5 min fərdi sahibkar və 43,9 min digər mikrobiznes subyekti yararlana biləcək.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti koronavirus pandemiyası şəraitində biznesə və əhaliyə dəstəyin göstərilməsi üçün 2,5 milyard manat (ÜDM-nin 3,1%-i) məbləğində vəsait yönəltmək niyyətində olduğunu bildirib.
Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda aprelin 20-dək xüsusi karantin rejimi tətbiq olunub. Turizm, iaşə, bir çox mağazalar fəaliyyət göstərmirlər.
Aprelin 7-nə Azərbaycanda 717 nəfər koronavirusa yoluxub. Onlardan 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Daha 44 nəfər müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib. Ölkədə koronavirusun aşka olunması ilə əlaqədar 53,3 min test aparılıb. **
Ə.Məmmədov
Həsənov: “Heç kəs bizimlə təhdid dilində danışa bilməz”
XİN: Fransanın rəsmi qurumları Azərbaycana qarşı təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır
Azərbaycanda 64 nəfər COVID-19-a yoluxub
Dağıstanın turizm potensialı “AITF 2023” sərgisində təqdim olunacaq
Formula 1 üzrə Azərbaycan Qran Prisinin yeni formatda keçirilməsi təklif edilib
Azərbaycanın şimal-qərbində avtomobil yolunun tikintisi üçün AAYDA-ya 6,7 milyon manat ayrılır
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
Erməni hərbçilər arasında atışma nəticəsində bir nəfər ölüb
KTMT Ermənistana missiya göndərmək üçün layihə hazırlayıb
Tasmaqambetov: Cənubi Qafqazda vəziyyət sabitliyin pozulmasına səbəb ola bilər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Caspian Energy MEETUP Yaşıl Enerji keçidinin lobbisini həyata keçirir
AccessBank-dan qızıl kimi dəyərli kredit!
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək