Azərbaycan prezidenti İlham Əliyev karantinin bir qədər yümşaldılmasından sonra COVİD-19 koronavirusa yoluxanların sayının artacağı təqdirdə xüsusi karantin rejiminin sərləşdirilməsini istisna etməyib.
“Bütün tədbirlər, o cümlədən məhdudlaşdırıcı xarakterli tədbirlər bir məqsəd daşıyıb – vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyini təmin etmək və həyatlarını qorumaq. Aprelin 14-dən etibarən Azərbaycanda müsbət dinamika müşahidə olunur. Sağalanların sayı yoluxanların sayından çoxdur. Bunun nəticəsində, aprelin 27-dən və mayın 4-dən cari ayın sonunadək qüvvədə olan karantin rejimi yumşaldılıb. Beləliklə, bundan sonra da vəziyyətin müntəzəm monitorinqini keçirəcəyik. Əgər yumşaldılma tədbirlərinin yoluxanlarının sayının kəskin artmasına gətirdiyini görsək, o zaman məhdudlaşdırıcı tədbirləri təkrar gücləndriməyə məcbur olacağıq”, - Əliyev “Mir” dövlətlərarası teleradioşirkətinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyası Azərbacanın iqtisadi göstəricilərinə mənfi təsir göstərib. “Birinci rübün sosial-iqtisadi inkişafının nəticlərinin müsbət olmasına baxmayaraq (ÜDM-in 1.1% artımı - İF), gələcəkdə azalma müşahidə edəcəyimiz istisna olunmur. Buna baxmayaraq, koronavirusdan daha artıq zərər görən sahələrdə çalışan şəxlərə yardım göstərmək məqsədilə ən azı $2 milyard həcmində maliyyə ehtiyatlarını cəlb etmişik. Bu cür vətəndaşların sayı bizdə təqribən 700 min nəfərdir. Onların əmək haqqlarının böyük hissəsi dövlət tərəfindən ödənilir. O cümlədən, məcburi ezamiyyətə göndərilən dövlət sektorunun işşiləri tam həcmdə əmək haqqlarını alırlar. Onların sayı bizdə 900 min nəfərdən çoxdur. Aşağı gəliri olan şəxslər kateqoriyası, həmçinin, işsizlər və qeyri-formal sahədə məşğul olan daha 600 min nəfər dövlət adından sosial müavinət alacaq”, - prezident qeyd edib.
Əliyev əlavə edib ki, işsizlik səviyyəsinin kəskin artmasının qarşısını almaq məqsədilə 2020-ci ildə 90 min ödənişli ictimai iş yerinin yaradılması barədə qərar qəbul olunub. Həmçinin 80 mindən çox Azərbaycan vətəndaşı ünvanlı sosial yardım alacaq. “Bu, sosial-iqtisadi tədbirlərin tam paketi deyil. Biz buna vergi tətilləri, vergi güzəştlərini də daxil edə bilərik. Kommunal ödənişlərin ödənilməsi, bank kreditlərinin xidməti ilə bağlı müəyyən güzəştli şərtləri qeyd etmək olar. Beləliklə, dövlət məqsədyönlü şəkildə, sistemli qaydada hərəkət edir. İlk növbədə - insanların sağlamlığı və onların təhlükəsizliyidir; ikincisi – iqtisadi inkişaf, əhalinin sosial müdafiəsi, həmçinin beynəlxalq əməkdaşlıqla əlaqədar məsələlərdir”, - Azərbaycan prezidenti qeyd edib.
Xəbər verildiyi kimi, mayın 6-na Azərbacanda koronavirusa yoluxanların ümumi sayı 2127 nəfər, vəfat edənlərin – 28 nəfər, sağalanların – 1536 nəfər təşkil edir.
Hazırda 563 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 169,79 min test aparılıb.**
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət