Azərbaycanla Rusiya arasında gələcək əlaqələr regionda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə imkan yaradır. Bunu RF xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
“Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2019-cu ildə ikitərəfli ticarət dövriyyəsi $3,2 milyard təşkil edib, bu da 2018-ci ilin göstəricisindən 27,4% çoxdur. Prezidentlərin tapşırıqlarına əsasən, 2024-cü ilədək 5 illik fəaliyyət planının uğurlu reallaşdırılması davam edir. İnnovasiya inkişafı və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığa dair yeni (altıncı) “yol xəritəsi” hazırlanır. Söhbət qeyri-neft sahəsində perspektivli layihə əməkdaşlığından gedir, bu da iqtisadiyyatlarımızın şaxələndirilməsi nöqteyi-nəzərindən son dərəcə vacibdir”, - Rudenko Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr onlayn formatda mətbuat konfransında bildirib.
Diplomatın sözlərinə görə, iki ölkənin əlaqələrinin gələcəkdə keyfiyyətli inkişafının təminatı vəzifəsi iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın üzərinə düşür. “Komissiyanın növbəti 19-cu iclası cari ilin 4-cü rübündə Moskvada keçiriləcək, iyun ayında isə həmsədrlər Overçuk və Mustafayevin videokonfrans formatında görüşü planlaşdırılır”, - Rudenko qeyd edib.
O cümlədən, nazir müavini regionlararası sıx əlaqələrin inkişafına toxunub. “Rusiyanın 17 subyekti Azərbaycanla əməkdaşlıq haqqında sazişə malikdir. Cari ilin ikinci yarısında Azərbaycanda keçiriləcək Regionlararası Forumun 11-ci iclasında perspektivli regionlararası əlaqələrə dair ətraflı danışıqlara hazırlaşırıq. Pandemiyanın nəticələrinə qarşı mübarizə şəraitində ölkələrimiz arasında sıx əlaqələr qurulub. Baş nazirlərimiz müntəzəm surətdə əlaqədədir, prezidentlər bir neçə dəfə söhbət ediblər, baş nazirlərin müavinləri, xarici işlər nazirləri, profilli nazirlik və idarələrin rəhbərləri. Azərbaycan tərəfinin xahişi ilə Rusiya 12 min test sistemi göndərib, Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı vətənə qayıtması üzrə effektiv birgə iş təşkil olunub”, - Rudenko vurğulayıb.
Diplomat əlavə edib ki, humanitar sahədə əlaqələr prioritet olaraq qalır. “Bizə miras qalan ümumdil, tədris, mədəni məkanın möhkəmləndirilməsinə diqqəti yönəltmək lazımdır. Hazırda 11 mindən artıq azərbaycanlı tələbə, onlardan 1 mindən çoxu federal bücə hesabına Rusiyada tədris alır. Rusiyanın aparıcı ali məktəbləri - MDU və Birinci tibb institutunun Azərbaycan filialları uğurla fəaliyyət göstərirlər. Diplomatik akademiya xətti ilə qarşılıqlı əlaqələr genişlənir. MDBMİ-nin Bakıda filialının açılışı planlarımızda var. Bu əməkdaşlığı gələcəkdə də inkişafetdirməyə hazırıq. Azərbaycanda rusdilli təhsilə tələbatın yüksək olduğunu qeyd edərək, rus dili və mədəniyyətinə bu cür qayğı ilə münasibəti yüksək qiymətləndiririk. Öz tərəfimizdən Puşkin adına Rus dili İnstitutunun səyləri ilə azərbaycanlı həmklarlara rusist-müəllimlər və rus dili tədris edən müəllimlərin tədrisi və ixtisaslarının artırılmasında köməklik etməyə hazırıq”, - Rudenko qeyd edib.
Həmçinin, nazir müavini mədəni münasibətlər məsələsinə toxunub. “Ötən il çox böyük marağa səbəb olan Azərbaycanda Rusiyanın Mədəniyyət Günləri keçirildi. Cari il Rusiyada Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır. 2020-ci il 12-14 noyabr tarixlərində IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyətinin iştirakı gözlənilir”, - Rudenko bildirib.
Yekunda diplomat 102-ci Respublika Günü münasibətilə Azərbaycanı təbrik edib, rifah və gələcəkdə əməkdaşlıq arzu edib. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət