Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Petkim” Petrokimya Holdinqin nümayəndə heyəti ilə onlayn görüş keçirib.
Görüşdə “Petkim” Petrokimya Holdinqin İnsan Resursları üzrə Baş direktorun müavini Levent Kocagül, SOCAR Türkiyənin İstedad Qəbulu üzrə meneceri Nazlı Ünsal və eləcə də SOCAR Türkiyənin Təşkilati İnkişaf Nəzarətçisi Nərmin Abdullayeva iştirak edib.
Şirkət nümayəndələri ilə “Petkim” Petrokimya Holdinqə daxil olan zavod və müəssisələrdə BANM tələbələrinin təcrübə və karyera imkanları barədə fikir mübadiləsi aparılıb.
Elmar Qasımov tədris zamanı əldə etdikləri nəzəri biliklərin zənginləşdirilməsi məqsədilə Ali Məktəbin tələbələrinin hər il SOCAR-ın bütün idarə və istehsalat müəssisələrinə, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərə, həmçinin Türkiyənin “Petkim” şirkətinə istehsalat təcrübəsinə göndərildiyini qeyd edib. O, istehsalat təcrübəsi zamanı tələbələrin iş prosesi, istismarda olan hər bir qurğunun iş prinsipi, idarəetmə sistemi ilə yaxından tanış olması və peşəkar mütəxəssislərlə işləməsi kimi imkanlar qazandığını vurğulayıb.
Rektor bildirib ki, BANM və “Petkim” arasında əldə olunan razılaşmaya əsasən, Ali Məktəbin tədrisdə fərqlənən tələbələri ildə bir dəfə olmaqla “Petkim”-ə daxil olan zavodlarda yay istehsalat təcrübəsinə göndərilirlər və təcrübə prosesini uğurla tamamlamış məzunlar seçilərək işlə təmin olunurlar.
Sonda builki mövcud vəziyyəti nəzərə alaraq yay təcrübə proqramının cari il üzrə təxirə salınması, gələcəkdə işə və təcrübəyə qəbul edilən tələbələrin sayının isə mümkün olduqca artırılması qərara alınıb.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət