"AccessBank" müştərilərlə münasibətlərini Müştəri Hüquqlarının Mühafizəsi Prinsiplərinə (MHM) uyğun şəkildə qurur. Bu prinsiplər beynəlxalq və milli mikromaliyyə qurumlarının yenilikçi və müştəriyönümlü davranış kodeksləri əsasında yaradılıb. MHM prinsipləri "AccessBank"a maliyyə xidməti sektorunda yüksək etik və davamlı biznes strategiya tətbiq etmək imkanı yaradır.
2009-cu ildə "AccessBank" mikromaliyyə sahəsində Müştərilərin Hüquqlarının Mühafizəsi üzrə beynəlxalq kampaniyaya qoşulub. O müddətdən etibarən bank, müştərilərinin bank xidmətləri alarkən əldə etdikləri hüquqlar haqqında məlumatlı olması və onlarla əməkdaşlıq çərçivəsində MHM prinsiplərinə riayət olunması üçün çox işlər görüb. MHM prinsiplərinin əsas məqsədi müştərilərə etik standartlara uyğun şəkildə davranılması, həmçinin onlara daha keyfiyyətli xidmətlərin göstərilməsi, müştərilərin şikayət etmək hüquqlarının təmin edilməsi və onların fərdi məlumatlarınınməxfiliyininqorunmasından ibarətdir. Bundan başqa, MHM prinsiplərinə müştərilərin maliyyə savadlılığının artırılması üçün işlər də daxildir: bank, müştərisinin lazım olmayan məhsullardan istifadə etməməsi və artıq borclanmaya girməməsi istiqamətində çalışır. Bununla yanaşı, "AccessBank" qiymət siyasətində şəffaflığını qoruyub saxlamağa davam edir.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət