Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası yeni Milli Fəaliyyət Planının hazırlanmasına dair qərar qəbul edib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, çərşənbə axşamı Komissiyanın videoformatda yeni tərkibdə ilk iclası keçirlib.
İclasın yekunları üzrə korrupsiyaya qarşı mübarizə üzrə yeni Milli Fəaliyyət Planının hazırlanmasına dair qərar qəbul edib.
Bundan başqa, iclasda yerli icra hakimiyyəti orqanlarında korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə bağlı aparılan ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri barədə məruzələr dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib. Komissiya yanında 3 işçi qrupun - Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrup, Təhsil və maarifləndirmə ilə bağlı İşçi Qrup, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı İşçi Qrupun formalaşdırılması qərara alınıb.
O cümlədən, iclasda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı çərçivəsində keçirilən tədbirlərdə, habelə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanı təmsil edəcək nümayəndə heyətlərinin tərkibi təsdiq edilib.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədridir. **
A.Əzizov
“AzerGold” 2028-ci ilədək Azərbaycanda 11 mədən yatağını istifadəyə verməyi planlaşdırır
Martın 19-dan "Buta Airways" Bakıdan Tbilisiyə uçuşlara başlayır
ARDNF HR Management xidmətlərinə görə EY-yə 300 min manata yaxın vəsait ödəyəcək
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında azalma qeydə alınıb
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında cüzi azalma qeydə alınıb
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Yelo Bank 2021-ci ildə mənfəətə hədəflənib
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Azərbaycan prezidenti: Biz regionda geosiyasi düzümü dəyişmişik
Yelo Bank-dan biznes sahiblərinə Novruz kampaniyası
Bank Respublika real sektora kreditləri 5% endirimlə təqdim edəcək
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək
Rusiya mətbuatı: Dağlıq Qarabağ: xunta özündən sonra nə qoyub?