Azərbaycan sivilizasiyanı Dağlıq Qarabağa qaytarmaq istəyir, lakin Ermənistanın işğalçı qoşunları buna mane olur. Bu barədə Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov bildirib.
“Bütün dünya Azərbaycanın necə inkişaf etməsindən danışır. Biz yaşadığımız ərazilərə həyat bəxş edirik. Ancaq ərazimizin 20 faizində Ermənistanın işğalçı qüvvələri investisiya qoymağa imkan vermir, bu isə Qarabağda yaşayan ermənilərin Azərbaycanın digər millətləri kimi yaxşı yaşamasına mane olur. Onlar Azərbaycandan investisiya almayan yeganə xalqdır. İşğalçı ordu onlara deyir ki, siz Ermənistanda yaşadığımız kimi yoxsulluq içində yaşayacaqsınız”, - deyə F.Axundov “DOJD” telekanalının canlı efirində Ermənistan prezidenti Armen Sarkisyana cavab olaraq deyib.
Eyni zamanda, Armen Sarkisyan iddia edir ki, Azərbaycan öz ərazilərini azad etməklə guya ermənilərə qarşı etnik təmizləmə həyata keçirir. ““Qarabağ ermənilərini qovmaq fikrini bizim ayağımıza yazmaq istəyirlər. İndi bizim erməni əhalisini məhv etmək, soyqırım törətmək istəməyimiz fikri yayılır. Biz sadəcə Dağlıq Qarabağa onun köklü Azərbaycan əhalisini geri qaytarmaq istəyirik. O zaman Dağlıq Qarabağ xalqından danışmaq mümkün olacaq. İndi isə Dağlıq Qarabağda yalnız azərbaycanlıları qovan ermənilər var ... Azərbaycan tolerant ölkə olaraq monoetnik Ermənistanla və Qarabağda oturan, etnik təmizləmələr etmiş nasist rejimlə müharibə aparır”, - deyə Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri bildirib.
F.Axundov Ermənistanın beynəlxalq hüququ tanımadığını da bildirib. “Ermənistan prezidenti dedi ki, ermənilər beynəlxalq hüququn nə olduğunu bilirlər. Lakin Nikol Paşinyan onlar üçün işğal edilmiş ərazilərin olmadığını deyir, halbuki BMT TŞ qətnamələrində bu ərazilər məhz belə adlandırılır. Buna görə də indi gördüyümüz hər şey məhz Ermənistanın beynəlxalq hüququ pozmasının nəticəsidir”, - deyə o qeyd edib.
Axundov əlavə edib ki, Ermənistan Silahlı Qüvvələrini BMT tərəfindən işğalda olan ərazilər adlandırılan ərazilərdən qovmaqla Azərbaycan əslində eyni Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirir.
F.Axundov, həmçinin “DOJD” telekanalının müxbirinin humanitar atəşkəsdən sonra Xankəndi şəhərinin artıq atəşə tutulmadığını təsdiqlədiyinə də diqqət çəkib. Bununla belə, Ermənistan Gəncə şəhərinə “Scud” raketlərindən atəş açıb, nəticədə dinc sakinlərdən 10 nəfər ölüb, onlarla yaralı var.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət