Azərbaycan radikal sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının Bundestaq və Brandenburq federal torpağının Landtaqındakı fraksiyalarının nümayəndələrindən ibarət dörd nəfərlik nümayəndə heyətinin Dağlıq Qarabağa qanunsuz səfəri ilə əlaqədar AFR XİN-ə nota göndərəcək.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “İnterfaks-Azərbaycan” agentliyinə bildirib ki, Bundestaq və Brandenburq Landtaqlarına da etiraz məktubları göndəriləcək.
L.Abdullayeva qeyd edib ki, Şteffen Kotre, Ştefan Koyter, Andreas Qalau və Andreas Kalbits işğal altında olan torpaqlarımıza səfər edib.
“Bu deputatlar Ermənistanın xeyrinə təbliğat aparan qruplaşmanın üzvləridir. Onlar ictimaiyyətdə nasist və anti-semitist şüarlardan həvəslə istifadə etmələrinə görə seçilirlər”, - deyə məlumatda bildirilir.
Deputatların adları 2019-cu ildə Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfər etdiyi üçün Azərbaycan Respublikasının “arzuolunmaz şəxslər” siyahısında yer alıb.
“Bu fakt bir daha onu göstərir ki, Ermənistanın ekstremist və neonasist baxışlara sahib olan şəxslərlə tarixən mövcud olan əməkdaşlığı bu gün də davam etməkdədir. Beləliklə də Qaregin Njde timsalında faşizmi qəhrəmanlaşdıran Ermənistanın radikal sağçı, mənfi imicə malik olan AfD partiyası ilə əməkdaşlığı, bu ölkənin dövlət səviyyəsində faşizmin qəhrəmanlaşdırılması siyasəti yürütdüyünü və bu cəhdləri ilə Azərbaycanın işğal etdiyi ərazilərində yaratdığı qanunsuz rejimi təbliğ etmək üçün istifadə etdiyini növbəti dəfə açıq şəkildə nümayiş etdirir”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət