Dağlıq Qarabağın ərazisi heç zaman Ermənistan ərazisi olmayıb və ermənilərin burada qədimdən yaşadıqları barədə açıqlamalar tamamilə cəfəngiyyatdır. Bu sözləri Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov deyib.
"Rusiyalı rejissor Karen Şahnazarov unikal bəyanatla çıxış edərək məsələnin mahiyyətini açıqlayıb. O deyir ki, biz böyük nəsildənik, onun ulu babasının adı isə Hüseyn olub. Heç onun soyadı da erməni soyadı deyil - Şahnazarov. Yəni, 900 il bundan əvvəl qıpçaq türkləri xristianlığı qəbul ediblər. Bu gün onlar ermənidirlər. Amma bir vaxtlar orada Ermənistanın olduğunu demək tamamilə absurddur", - deyə F.Axundov "Dojd" telekanalının efirində bildirib.
Axundov qeyd edib ki, Albaniya dövləti mövcud olduğu zaman bu ərazi "Artsax" adlanırdı və bu, alban sözüdür, Qarabağ xanlığı dövründə isə "Qarabağ" adlanırdı. "Qarabağdakı Qanzasar kilsəsinin əsas kitabəsində yazılmışdır ki, məbəd alban katolikosu Nersesin patriarxlığı dövründə tikilmişdir. Erməni yox, alban katolikosunun!", - deyə sektor müdiri vurğulayıb.
Bununla yanaşı, Axundov qeyd edib ki, Azərbaycan işğal olunmuş ərazilərini Ermənistan silahlı qüvvələrindən azad edir və bu vəzifə yerinə yetirildikdən sonra dinc erməni əhalisi öz evlərində yaşaya biləcək. "Heç kim heç kəsi qovmaq niyyətində deyil. Dağlıq Qarabağ erməniləri öz evlərində qalacaqlar. Biz, sadəcə, vaxtilə didərgin salınmış 700 min azərbaycanlını öz yurdlarına qaytarmaq istəyirik", - deyə o qeyd edib.*
https://www.youtube.com/watch?v=iDk-L1t2rtU&t=7s
A.Əzizov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət