Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkətinin icra etdiyi Xəzər dənizinin dibi ilə Azərbaycanla Türkmənistan arasında fiber-optik kabel xəttinin (Transxəzər Fiber Optik Kabel Xətti) çəkilməsi layihəsi “Türkmentel 2020” - Türkmənistan Telekommunikasiya və İT Konfransında müzakirə edilib.
24-25 noyabr tarixlərində onlayn olaraq keçirilmiş, Avropa və Asiyanın müxtəlif ölkələrindən rəsmi şəxslərin və aparıcı telekommunikasiya operatorlarının rəhbərlərinin qatıldığı konfransda “AzerTelecom” şirkətinin Direktorlar Şurasının Sədri Fuad Allahverdiyev çıxış edib. O, Avropa ilə Cənubi Asiya arasında Azərbaycan və Türkmənistan vasitəsilə formalaşan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) və bu qlobal rəqəmsal dəhlizin Xəzər dəniz seqmenti olan Azərbaycan-Türkmənistan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xətti (Transxəzər Fiber Optik Kabel Xətti) layihəsi barədə danışıb.
Fuad Allahverdiyev qeyd edib ki, dördüncü sənaye inqilabı şəraitində intensiv rəqəmsallaşma rəqəmsal infrastruktur quruculuğu layihələri ilə sıx bağlıdır və müxtəlif regionlar arasında magistral fiber-optik kabel xətlərinin çəkilməsi həmin regionlarda əhalinin bağlantı xidmətləri ilə daha yaxşı təmin edilməsinə şərait yaradır, rəqəmsal qloballaşma proseslərini sürətləndirir.
“Azərbaycan və Türkmənistan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi Avropa ilə Cənubi Asiya arasında “Rəqəmsal İpək Yolu”nu formalaşdıracaq. Fiber-optik kabel xəttinin çəkilməsi üçün 2019-cu ildə Aşqabadda Azərbaycan və Türkmənistan arasında dövlətlərarası saziş imzalanıb. Bu ilin mart ayında isə Bakıda layihənin icraçıları olan “AzerTelecom” və “Türkmentelekom” telekommunikasiya operatorları arasında fiber-optik rabitə xətlərinin birgə tikintisi, sahibliyi və istifadəsi haqqında Anlaşma Memorandumu imzalanıb” – deyə F.Allahverdiyev qeyd edib.
Fuad Allahverdiyev layihənin Azərbaycan və Türkmənistanın telekommunikasiya sektoru, ümumilikdə isə regionda telekommunikasiya ekosisteminin inkişafına mühüm töhfə verəcəyini qeyd edib.
“AzerTelecom” Azərbaycanın telekommunikasiya operatorudur. Şirkət ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan “Bakcell” şirkətinin törəmə müəssisəsidir. “AzerTelecom” Azərbaycanı beynəlxalq internet şəbəkəsi ilə birləşdirir və telekommunikasiya sektorunda yerli və xarici şirkətlərə müxtəlif qabaqcıl xidmətlər təqdim edir. Hazırda “AzerTelecom” şirkəti Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət