Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət zəmanətinin verilməsi ilə bağlı tədbirlərin 2020-2021-ci illərdə maliyyələşdirilmə həcmini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat verir.
Nazirlər Kabinetinin qərarına əsasən, hökumət 2020-2021-ci illərdə ümumi məbləği 500 milyon manatadək olan kreditlərə zəmanət verməyi planlaşdırır. 2020-ci ildə bu zəmanət ümumilikdə 150 milyon manat, 2021-ci ildə 350 milyon manat məbləğində kreditlərə veriləcək. Kreditlər üzrə zamin qismində Sahibkarlığın İnkişafı Fondu (SİF) çıxış edir, dövlət isə sahibkarlıq subyekti tərəfindən cəlb edilən kreditin 60%-nə zəmanət verir.
Sahibkarlıq subyektləri tərəfindən alınacaq kreditlər 300 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir ki, bunun da 90 milyon manatı 2020-ci ili, 210 milyon manatı isə 2021-ci ili əhatə edir.
Nazirlər Kabineti iyulun 9-da “Koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası”nı təsdiq edib.
Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanıb ödənilir.
Zəmanət aşağıdakı hallarda verilmir: sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin təyinatı zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinə uyğun deyildirsə; kredit hesabatına əsasən sahibkarlıq subyektinin 2020-ci il 10 mart tarixinə 60 gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) gecikməsi olduqda; sahibkarlıq subyektinin bank hesabları üzərində məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda; sahibkarlıq subyekti zəmanət üçün müraciət etdiyi müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olduqda; sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 faizdən çox olduqda; sahibkarlıq subyekti riskli vergi ödəyicisi olduqda.
Hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 3 milyon manatdan çox olmamalıdır.
Bundan başqa, hökumət dövlət zəmanəti verilməyən ümumilikdə 1 milyard manat məbləğində cari biznes kredirlərini subsidiyalaşdırır. Faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faiz bəndi miqdarında verilir (kreditlər üzrə faiz dərəcəsi və müddətdən asılı olmayaraq).
Qayda, həmçinin zəmanət və subsidiya verilməsinə dair müraciət qaydasını, zəmanətin dayandırılması hallarını və digər nəzarət və uçot qaydalarını müəyyən edir.
Azərbaycan hökuməti biznesə dəstək paketini 1,5 milyard manat məbləğində qiymətləndirir.*
A.Əzizov
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatı
Azərbaycanın Seuldakı səfiri etimadnaməsini Cənubi Koreya prezidentinə təqdim edib
Şərifov IFC-nin yeni regional direktoru ilə əməkdaşlıq məsələlərini müzakirə edib
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı cüzi artıb
2022-ci ildə Azərbaycanda mehmanxanaların gəlirləri 1,7 dəfə artıb
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı 28,8% azalıb
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir