Prezident İlham Əliyev Füzuli rayonunda hava limanının təməlini qoyub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Təməlqoyma mərasimində prezident bəyan edib ki, hava limanının uçuş-enmə zolağı 2021-ci ildə istifadəyə verilməlidir.
Daha əvvəl İlham Əliyev Füzuli şəhərində beynəlxalq aeroportun inşa edilməsi barədə tapşırıq verdiyini bildirmişdi. “Artıq göstəriş verildi. İndi yerlər seçilir. Bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir. Oradan Şuşaya məsafə də yaxındır. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq”, - deyə o vurğulayıb.
Dövlət başçısı, həmçinin Füzuli-Şuşa yolunun təməlini də qoyub.
Prezident İlham Əliyev 2020-ci il noyabrın 17-də “Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılacaq.
İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb.*
B.Rüstəmbəyov
“FRR-2018” “Daşkəsən” dəmir filizi sahəsində köhnə infrastrukturun söküntü işlərini həyata keçirəcək
AMB 2023-cü ildə illik inflyasiya poqnozunu 8% səviyyəsindəı saxlayıb
DTX Milli Məclisin deputatına silahlı hücumu terror aktı kimi qiymətləndirib
KİV: Azərbaycan parlamentinin deputatı silahlı hücum nəticəsində yaralanıb
Ordubadın icra başçısı vəzifəsindən azad edilib
Azərbaycan XİN Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbərinin ittihamlarına cavab verib
Mişel və Paşinyan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını müzakirə ediblər
Paşinyan və Blinken Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasını müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
“Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirələrə start verilib
"Bakcell"dən iPhone istifadəçilərinə xəbər!
Caspian Energy Club-ın İdarə Heyətinin yeni tərkibi açıqlandı
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək