Dağlıq Qarabağ məsələsində Moskva və Ankaranın maraqları tam üst-üstə düşür. Bu barədə rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bəyan edib.
“Ağdamda Birgə Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyəti Rusiya və Türkiyənin ümumi təmas nöqtələri tapa biləcəyi və birgə layihələri reallaşdıracaqlarının nümunəsidir. Dağlıq Qarabağ məsələsində həm Rusiya, həm də Türkiyənin maraqları üst-üstə düşüb, bu da regionda sülhün xeyrinədir”, - Korotçenko “Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda Moskva-Bakı telekörpü zamanı bildirib.
Öz növbəsində, rusiyalı ekspert, politoloq, “Siyasi Araşdırmalar İnstitutunun” baş direktoru Sergey Markov qeyd edib ki, Türkiyənin siyasi dəstəyi və Ankaranın Azərbaycana hərbi yardım göstərmək vəd etməsi Ermənistan silahlı qüvvələrinin (44 günlük müharibə dövründə - İF) Azərbaycanın neft-qaz nəqli infrastrukturuna zərbə endirmək imkanlarını puç etdi.
“Bundan başqa, Türkiyə sübut etdi ki, Böyük və Yaxın Şərq regionunda əsas oyunçulardan biridir. Bu, həmçinin Birgə Monitorinq Mərkəzinin fəaliyyəti zamanı da Rusiya tərəfindən tanınıb. Sıx, siyasi, hətta hərbi ittifaq təşkil edən Azərbaycan və Türkiyə qarşılıqlı əlaqələr Rusiya rəhbərliyi tərərindən Azərbaycan və Türkiyə xalqlarının suveren siyasət yürütmək hüququ kimi tanınır. Bu cür ittifaqdan Moskva üçün heç bir təhdid görmürük, çünki Rusiya həm Azərbaycan, həm də Türkiyə ilə çox yaxşı strateji tərəfdaşlıq qurub”, - Markov qeyd edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Markovun rəyinə görə, Rusiya və Türkiyə çoxqütblüdünya, Avrasiya məkanında qarşılıqlı yardım məhfumunu inkişaf etdirmək məqsədi güdür. Həmçinin, o qeyd edib ki, Rysiya-Türkiyə ittifaqı “ABŞ və Aİ-nin diktaturasına” əngəl törədəcək. **
X.Nəsirzdə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət