2020-ci ildə Azərbaycanda 368,8 milyon manat ($216,9 milyon) dəyərində müdafiə təyinatlı məmulatlar istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
“2020-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən 368,8 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da 2019-cu ilin göstəricisindən 42,4% çoxdur.
İstehsal olunan məhsulun 359,7 milyon manatını ($211,6 milyon) müdafiə və xüsusi təyinatlı məmulatlar təşkil edib, bu isə 2019-cu illə müqayisədə 111,4 milyon manat və ya 44,9% çoxdur”, - deyə hökumətin 2020-ci ilə dair hesabatında bildirilir.
Bundan başqa, hesabat ilində Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən 9,1 milyon manat məbləğində mülki və ikili təyinatlı məhsullar (azalma 16,5%) istehsal edilib. “Koronavirus pandemiyası səbəbindən proqnoz tapşırığına 81,5% əməl edilib”, – deyə hökumətdən qeyd ediblər.
2020-ci ildə Müdafiə Nazirliyi və digər hüquq-mühafizə orqanlarının sifarişi ilə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən 160,3 milyon manat (ƏDV nəzərə alınmaqla) məbləğində müqavilələr yerinə yetirilib.
2020-ci ildə Azərbaycan kooperasiya nəzərə alınmaqla 206,4 milyon manat ($121,4 milyon) məbləğində hərbi məhsullar, o cümlədən 1,1 milyon manat məbləğində mülki məhsullar ixrac edib.
Bu dövrdə 68 mövzunu əhatə edən təcrübi-konstruktor işləri aparılıb, 7 növ məmulatın silahlanmaya qəbul edilməsi tövsiyə olunub.
2020-ci ildə respublikanın müdafiə təyinatlı müəssisələrində 1 mindən çox adda məmulat və onların komplekt hissələri istehsal edilib.*
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət