Erməni teleqram kanallarının guya Azərbaycanda saxlanılan “75 yaşlı nənə və 85 yaşlı baba” ilə bağlı informasiya yaymaq cəhdləri təxribat xarakterli feyk, daha dəqiq desək, açıq-aşkar fırıldaqçılıqdır. Bunu “İnterfaks-Azərbaycan” agentliyinə açıqlamasında politoloq Fuad Axundov deyib.
Guya “Avtandilyan Benik Petrosoviç (1935-ci il təvəllüdlü) və Sarkisyan (Avtandilyan) Elza Vaqarşakovnanın (1945-ci il təvəllüdlü) 2020-ci il noyabrın 11-də əsir götürülməsi” və hazırda Azərbaycanda zorla saxlanılması ilə bağlı məlumatlar erməni teleqram kanalları, o cümlədən AreV tərəfindən yayılaraq, qocaların “Onları evlərinə buraxın!” çağırışı ilə müşayiət olunan şəkilləri dərc olunub”.
F.Axundov bununla bağlı qeyd edib ki, “bütün bunlar növbəti saxta məlumatın yayılması, təxribat və informasiya fırıldaqçılığıdır”.
"Ölkəmizdə Ermənistandan zorla saxlanılan qadın və qocalar yoxdur. Birincisi, Azərbaycan hələ atəşkəsdən dərhal sonra hərbi əsirlərin “hamının hamıya” prinsipi ilə mübadiləsini aparıb. Ötən gün xoşməramlı jest kimi Maral Nacaryan adlı qadın azad edilərək Livan hökumətinə təhvil verilib və hazırda Azərbaycanda Ermənistan vətəndaşı olan heç bir qadın qalmayıb”, - deyə o qeyd edib.
Qocalara gəlincə, politoloq əlavə edib: “Xatırladaq ki, Hadrut azad olunanda hərbçilərimiz orada tərk edilmiş qocaları — 85 yaşlı Yevgeni Babayanı və 84 yaşlı Mişa Melkumyanı aşkar ediblər. Onları Bakıya gətirərək tibbi yardım göstəriblər, sonra döyüş əməliyyatlarının başa çatmasını gözləmədən Ermənistan hökumətinə təhvil verməyə çalışıblar. Əvvəlcə Yerevan nümayəndələri mübadilənin aparılacağı yerə gəlmədilər. Daha sonra oktyabrın 29-da Yevgeni Babayanı və Mişa Melkumyanı Gürcüstan ərazisi ilə Ermənistana göndərərkən İrəvan nümayəndələri ağır xəstə olan Mişa Melkumyanı götürməkdən imtina etdilər və o, tezliklə dünyasını dəyişdi. Qocaları zorla saxlamaq Azərbaycanın prinsiplərinə ziddir”, - deyə politoloq vurğulayıb.
F.Axundov qeyd edib ki, bu gün Benik və Elza Avtandilyanın harada olduqlarını təxmin etmək qalır. “Onlar yerli soyğunçuların qurbanı ola və ya kütləvi qaçış zamanı “itə” bilərdilər. Ancaq indi Azərbaycanı guya bu qocaları “zorla saxlamaqda” günahlandırmağa çalışmaq əxlaq qaydalarına sığımır”, - deyə o bildirib.
F.Axundov “Yerevanda bəzi dairələrin bu cür feyklərin köməyi ilə “əsirlər” mövzusunu şişirtmək niyyətində olduğunu” da istisna etməyib. “Yerevan üçün çox xoşagəlməz hallar var. Birincisi, atəşkəsdən sonra Azərbaycan təxribat törətmək məqsədilə Xocavənd rayonu ərazisinə göndərilmiş 62 erməni terrorçunu saxlayıb. Bunun isə dövlət terroru olduğu tamamilə aydındır. Üstəlik, terrorçuları cinayət yerində ələ keçiriblər. İkincisi, Ermənistanda itkin düşmüş əsgərlərin qohumlarının etirazları artır, onlar yaxınlarının taleyi barədə nəsə öyrənməyə çalışırlar", - deyə o əlavə edib.
Politoloq hesab edir ki, Yerevan üçün itkilər mövzusu təhlükəlidir. "İtkilərlə bağlı rəsmi məlumatlar reallıqla heç cür uyğun gəlmir. Həlak olanların meyitlərinin axtarışı davam edir, lakin identifikasiya da təhlükəli prosesdir: bu zaman Ermənistan tərəfində vuruşmuş xarici muzdlular aşkara çıxa bilər. Ölən erməni “zinvorların” həqiqi sayından isə heç bəhs etmirəm. Nəticədə yerli hakimiyyət öz vətəndaşlarını bayağı şəkildə aldatmağa, diqqəti öz hərəkətlərindən yayındırmağa və eyni zamanda, hər şeydə Azərbaycanı günahlandırmağa çalışır. Buna görə də “əsirlikdə əzab çəkən nənə və babalar” haqqında bu cür feyklər meydana çıxır”, - deyə F.Axundov qeyd edib.*
A.Əzizov
AMB: Yanvar-fevral aylarında Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 2% artıb
Azərbaycanda COVID-19-dan 4 nəfər vəfat edib
Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni inzibati binasının açılışında iştirak edib
2022-ci ildə Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin mənfi saldosu $69 milyonu ötüb
Ağsuda avtomobil yolunun tikintisinin başa çatdırılması üçün AAYDA-ya 7,8 milyon manat ayrılıb
Mişel və Paşinyan Ermənistan-Azərbaycan danışıqlarını müzakirə ediblər
İrəvan Bakıya Laçın yolunun başlanğıcında sərhəd qoşunlarını yerləşdirməyi təklif edib
Azərbaycan XİN Aİ-nin Ermənistandakı mülki missiyasının rəhbərinin ittihamlarına cavab verib
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Caspian Energy MEETUP Yaşıl Enerji keçidinin lobbisini həyata keçirir
AccessBank-dan qızıl kimi dəyərli kredit!
“Nar” ardıcıl 4 ildir, Müştəri Loyallığı İndeksində liderdir
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək