Azərbaycan Avtomobil Yolları Dövlət AgentliyininAvtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov“Caspian Energy Club”un təşkil etdiyi ənənəvi “Online Round Table”da iştirak edib. Tədbir çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.
Bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Hidayət Rüstəmov tədbir iştirakçılarını salamlayaraq Azərbaycanın Vətən müharibəsindəki şanlı qələbəsi münasibətilə hərkəsi təbrik edib. O, Avtomobil Yolları Dövlət Agentliyi haqqında məlumat verib və qeyd edib ki, agentlik ölkə ərazisində avtomobil yollarının layihələndirmə, tikinti və qorunması ilə məşğuldur. Hidayət Rüstəmov ölkə ərazisi ilə yanaşı, Bakı şəhərinin aparıcı yollarının təmir-tikinti işlərinin də agentliyə həvalə edildiyini vurğulayıb.
“Son illərdə kənd yaşayış məntəqələrindəki yolların tikinti və yenidən qurulmasına Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən diqqət artırılıb Hər il 600-800 km uzunluğunda kənd yolları yenidən qurulur. Bu birbaşa kənd təsərrüfatının inkişafına və məhsulların iri bazarlara tez zamanda çatdırılmasına kömək edir. Onu da qeyd edim ki, ərazilərin işğaldan azad edilməsindən sonra respublika paytaxtını ölkə sərhədləri ilə birləşdirən magistral yollar artıq Ermənistan sərhədinə kimi uzadılacaq. ”- deyə o, diqqətə çatdırıb.
Daha sonra Hidayət Rüstəmov “Online Round Table” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb. "Caspian Energy Club"un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Hidayət Rüstəmovatəşəkkür edib. O, eyni zamanda təklif edib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vəCaspian Energy Clubarasında birgə ikitərəfliişçiqrupu yaradılsın.
Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət