Ölkədə yerli kadrların yetişməsi, onların beynəlxalq rabitə bazarında seçilən peşəkarlardan birinə çevrilməsi məqsədilə “Nar” Azərbaycan Texniki Universiteti (AzTU) ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirib. “Azerfon” MMC-nin (“Nar” ticarət nişanı) Baş İcraçı direktoru Qunnar Panke və AzTU-nun rektoru Vilayət Vəliyev keçirdikləri görüşdə bu barədə müzakirələr aparıblar. Əsas prioritet olaraq yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarının dəyərləndiriliməsi müəyyən edilib və mövcud layihələrin karantin qaydalarına uyğun şəkildə davam etdirilməsi razılaşdırılıb.
Rektor AzTU-nun iqtisadiyyat və sənaye sahələri üzrə kadrlar hazırlamaq imkanı olduğunu bildirib: “Məqsədimiz biznesdən gələn tələblər və tələbələrin biznesin təcrübi problemlərilə tanışlığı əsasında rabitə bazarının ehtiyaclarına uyğun peşəkarlar hazırlamaqdır. Bu, həm də peşəkar ehtiyacın yerli kadrlarla ödənməsi baxımından yerli biznesin marağındadır”.
Azerfon MMC-nin Baş İcraçı direktoru Q.Panke isə universitetlə genişmiqyaslı layihələr həyata keçirmək niyyətində olduqlarını bildirib: “İnanıram ki, bizim əməkdaşlığımız texniki sahə üzrə təhsil alan tələbələri yeni nailiyyətlərə ruhlandırır. Əməkdaşlığımızın əsas məqsədi Azərbaycanda rabitə sahəsində peşəkar kadrların hazırlanmasına və onların beynəlxalq rabitə bazarında əcnəbi həmkarlarından daha üstün mövqeyə çatmasına dəstək olmaqdır”.
“Nar” 2015-ci ildə AzTU ilə imzalanmış Anlaşma Memorandumu əsasında bir sıra layihələr həyata keçirib. “Nar” GSM laboratoriyası, tələbələr üçün nəzəri və təcrübi təlimlər, əlaçıların mükafatlandırılması bu əməkdaşlıq çərçivəsində həyata keçirilir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8740-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət