NEQSOL Holding komplayens sahəsində beynəlxalq standartları və qabaqcıl təcrübələri uğurla tətbiq etməyə davam edir.
Holdinqin bu istiqamətdə ən mühüm nailiyyətlərindən biri ISO 37001:2016 sertifikatının alınmasıdır, bu isə qaydalara zidd əməllərə qarşı idarəetmə sisteminin (ABMS) effektiv tətbiqini təsdiqləyir. Sertifikat, Böyük Britaniyada yerləşən Lloyd’s Register Group Limited-in bir hissəsi olan LRQA şirkəti tərəfindən uğurlu auditin nəticəsi olaraq təqdim edilib.
“Beynəlxalq komplayens standartları NEQSOL Holding-in biznes fəaliyyətinin müstəsna amilidir. Bu sertifikatın aparıcı beynəlxalq təşkilat tərəfindən təqdim edilməsi holdinqdə komplayens sahəsinin yüksək səviyyədə olmasını, şəffaf biznes fəaliyyətini və tərəfdaşlarla münasibətlərdə müvafiq standartların tətbiqini bir daha əks etdirir,” — deyə NEQSOL Holding-in Korporativ İdarəetmə və Komplayens üzrə Meneceri Nərminə Qardaşxanova bildirib.
ISO 37001:2016 Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanıb və hazırda ABMS sahəsində ilk və yeganə beynəlxalq standart hesab olunur. ISO tərəfindən tərtib olunmuş idarəetmə sistemi bu sahə üzrə fəaliyyətin beynəlxalq tələblərə uyğunluğunu təmin edir.
NEQSOL Holding-in tərkibinə daxil olan Nobel Oil Services 2019-cu ildə bu sertifikatı almış Cənubi Qafqazda enerji sahəsində fəaliyyət göstərən ilk şirkət olub, 2020 və 2021-ci illərdə isə sertifikatı uğurla yeniləyib.
NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət