2021-ci ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin neft-qaz gəlirləri 5 milyard 863,4 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Maliyyə Nazirliyində neft-qaz gəlirlərinin azalmasını Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlərin 2020-ci ilin birinci yarısı ilə müqayisədə 978,3 milyon manat az olması ilə izah ediblər.
2021-ci ilin birinci yarısında dövlət büdcəsinin neft-qaz gəlirləri dövlət büdcəsinə daxilolmaların 49,9%-ni təşkil edib.
Maliyyə Nazirliyinin məlumatına görə, 2021-ci ilin yanvar-iyun aylarında ARDNF-dən dövlət büdcəsinə transfertlər 4 milyard 696,7 milyon manat və ya hesabat dövrü ərzində büdcəyə bütün neft-qaz daxilolmalarının 80,1%-ni təşkil edib.
Bundan başqa, SOCAR-ın xətti ilə büdcəyə daxilolmalar 583,6 milyon manat və ya bütün qeyri-neft gəlirlərinin 10%-ni təşkil edib.
Maliyyə Nazirliyində vurğulayıblar ki, Azərbaycanda PSA müqavilələri çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətləri tərəfindən 6 ay ərzində dövlət büdcəsinə 583,1 milyon manat mənfəət vergisi ödənilib (“Azeri Light” markalı neftin bir barelinin orta qiyməti $40 məbləğində proqnoza qarşı $62,5 təşkil edib).
“2021-ci ilin birinci yarısında SOCAR və PSA müqavilələri çərçivəsində fəaliyyət göstərən xarici neft-qaz şirkətlərinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 60,4 milyon manat və ya 2020-ci ilin 6 ayı ilə müqayisədə 5,5% artıb. Bununla yanaşı, cari ilin birinci yarısında faktiki gəlirlər proqnozlaşdırılan gəlirləri 44,9% üstələyib”, - deyə məlumatda qeyd olunur.
2021-ci il dövlət büdcəsinin neft-qaz gəlirləri 13 milyard 776 milyon manat səviyyəsində nəzərdə tutulub.
2020-ci ildə neft-qaz gəlirlərinin həcmi 14 milyard 2,1 milyon manat təşkil edib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət