AccessBank-ın 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulmuş yay təcrübə proqramı davam edir. ADA Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Bakı Mühəndislik Universitetində təhsil alan 17 istedadlı tələbə proqrama qoşulub. Onlar 3 mərhələli seçim turundan keçərək AccessBank-da təcrübə keçmək şansı qazanıblar. Tələbələr Bankın Bakı və Abşeron filiallarında, həmçinin Maliyyə, Administrasiya, Pərakəndə bankçılıq, Risklərin idarə edilməsi və Marketinq departamentlərində təcrübə keçirlər.
Ziba Hacıyeva, AccessBank-ın Maliyyə departamentində təcrübəçi: “İqtisad Universitetinin tələbəsiyəm. Təcrübə proqramı haqqında xəbəri Bankın Facebook səhifəsində görən kimi müraciət etdim. Seçim turları çox fərqliydi. Heç vaxt belə maraqlı müsahibədə iştirak etməmişdim - əvvəl qrup şəklində, daha sonra fərdi görüşlər oldu. Hazırda Bankda ən çox bəyəndiyim onun mühitidir. Hər gün yeni nəsə öyrənirəm. Əsas odur heç bir sualım cavabsız qalmır.”
Vaqif Əkbərli, AccessBank-ın Mühasibat departamentində təcrübəçi: ”Təcrübə haqqında məlumatı Bankın saytında gördüm. İki aydır mühasibatda təcrübə keçirəm. Gələndə işlə bağlı ilkin məlumatlarım vardısa, indi artıq əksər hesabatları hazırlaya və sistem əməliyyatlarını yerinə yetirə bilirəm. Bütün komanda suallarımı həvəslə cavablandırır.”
Bu, AccessBank-ın reallaşdırdığı ilk yay təcrübə proqramıdır və Bank, gələcəkdə də gənclərlə bağlı müxtəlif tədbirlər həyat keçirməyi planlaşdırır.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçininwww.accessbank.azsaytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət