Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Slovakiyanın Xarici və Avropa işləri naziri İvan Korçok ilə görüşüb.
“Görüşdə nazirlər əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri ətrafında fikir mübadiləsi aparıblar. Siyasi və parlamentlərarası əlaqələr, iqtisadi əməkdaşlıq, ticarət əlaqələrinin genişləndirilməsi, humanitar, minalardan təmizləmə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər.
Korçok münasibətlərin daha da dərinləşdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıb. Bu xüsusda o, C.Bayramovu Slovakiyaya dəvət edib.
“O, həmçinin regionda davamlı sülh və təhlükəsizliyi təmin etmək üçün münaqişənin nəticələrinin aradan qaldırılması və siyasi dialoqun bərpa edilməsinin vacibliyini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.
C.Bayramov həmkarına Ermənistanın 30 ilə yaxın həyata keçirdiyi işğalçı siyasətin ağır nəticələri, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni vəziyyət, azad olunmuş ərazilərdə insanların həyatına birbaşa təhlükə olan mina təhdidi, habelə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə bağlı ətraflı məlumat verib.
“Azərbaycan XİN başçısı qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır”, - deyə məlumatda vurğulanır.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılıb.*
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət