Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstanın Türküstan şəhərində keçiriləcək TÜRKPA-nın 10-cu plenar sessiyasında iştirak edəcək. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Parlament nümayəndə heyəti sentyabrın 27-dən 29-dək Qazaxıstan Respublikasında işgüzar və rəsmi səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə Milli Məclis sədrinin müavini, Qazaxıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev, komitə sədri Əhliman Əmiraslanov, deputatlardan Fazil Mustafa, Hikmət Məmmədov, Nizami Cəfərov, Cavanşir Feyziyev, Ağalar Vəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
“Parlament nümayəndə heyəti gündəlikdə duran məsələlərin müzakirəsinə qatılacaq. Sessiyada Milli Məclis sədrinin çıxışı nəzərdə tutulub”, - deyə məlumatda bildirilir.
Tədbirin sonunda Türküstan Bəyannaməsi imzalanacaq.
“Sentyabrın 28-də Milli Məclisin nümayəndə heyəti Nur-Sultan şəhərinə gələcək. Burada Qazaxıstan Respublikasına rəsmi səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın bu ölkənin birinci Prezidenti - elbası Nursultan Nazarbayevlə, Prezident Kasım-Jomart Tokayevlə, Qazaxıstan parlamentinin hər iki palatasının sədrləri Maulen Aşımbayev və Nurlan Niqmatulinlə, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşləri gözlənilir. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişaf istiqamətləri, regional və ikitərəfli əlaqələrin daha da dərinləşməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, - deyə məlumatda qeyd olunur.*
A.Salayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət