“VMedia” Youtube kanalı Rusiyanın bir sıra aparıcı KİV nümayəndələrinin Azərbaycan-Ermənistan müharibəsi ilə bağlı axmaq bəyanatları və hərəkətlərinə dair konkret faktlara həsr olunmuş yeni videoçarx hazırlayıb.
“Hər dəfə kimsə Qarabağ münaqişəsi məsələsində ermənilərin tərəfini saxlamağa çalışanda biz faktlar və məntiqli arqumentlərin əvəzinə, pis şəkildə uydurulmuş feyklər, hətta açıq axmaqlıq eşitməyə başlayırıq. Aydındır ki, bu cür şüursuzluqlar Azərbaycanda gözlənilən hiddətə səbəb olur”, - deyə kanalın müəllifləri “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Videoçarxda müəlliflərin təqdim etdikləri konkret epizodlardan aydın olur ki, Rusiyanın aparıcı KİV-dən biri olan “Exo Moskvı” radiostansiyası nə üçün 30 ilə yaxın müddət ərzində Qarabağ məsələsində açıq şəkildə ermənipərəst mövqe tutub və onun aparıcıları bu mövqeyi dinləyicilərə hansı üsulla çatdırıblar.
Bu epizodların qəhrəmanları ata və oğul Buntmanlardır. “Məsələn, Sergey Buntman (baş redaktorun müavini) və “Exo Moskvı” radiostansiyasının baş redaktoru Aleksey Venediktovun iştirak etdiyi “Budem nablyudat” verilişinin efirində Azərbaycanda, Kəlbəcər rayonunda faciənin baş verməsi: içərisində jurnalistlərin olduğu avtobusun erməni işğalçılarının yerləşdirdikləri tank əleyhinə minaya düşməsini söyləyən, müharibənin hətta dinc peşə sahiblərinin həyatını itirməsinə səbəb olmasından təəssüfünü bildirən Venediktovun başsağlığı verməsindən dərhal sonra... Sergey Buntman nə edir? Sadəcə efiri kəsir: "Alyoş, üzr istəyirəm. 5 dəqiqə sonra. Xəbərlər”.
“Bu, insanlığa sığmayan son dərəcə alçaq bir davranışdır. Sergey Buntmanın jurnalist həmkarlarının faciəli şəkildə həlak olması ilə əlaqədar başsağlığı verməməyi bir yana, o, heç digərlərinin də başsağlığı verməsinə imkan verməyib”, - deyə politoloq Fuad Axundov videoçarxda nümayiş etdirilən faktları “İnterfaks-Azərbaycan” agentliyinə şərh edərkən bildirib.
Politoloq Buntmanın bu hərəkətinin səbəblərindən danışarkən jurnalistin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələyə məqsədli şəkildə cəlb olunduğunu etiraf etdiyi sözlərini xatırladıb. O vaxt Buntman demişdi: “Məni qətiyyən erməniləşdirmək lazım deyildi. Mənim obyektiv jurnalist mövqeyim ola bilməz, çünki mənim babam Qarabağdandır. Mən bu barədə fikir söyləməyəcəm”.
Axundov Sergey Buntmanla bağlı daha bir epizodu təqdim edib. “2011-ci ilin may ayı. Azərbaycan “Eurovision” mahnı müsabiqəsində qalib gəlib. Bəs Buntman nə edir? Bundan bir neçə həftə sonra o, yerli separatçılardan müsahibə götürmək üçün qanunsuz yolla Qarabağa gedib, halbuki əvvəllər onun ayağı heç ora dəyməmişdi. Onun əsas məqsədi qalmaqal yaratmaq idi, çünki aydın idi ki, Bakı bu səfərə reaksiya verəcək və onun adını haqlı olaraq “qara siyahı”ya salacaq. Əlbəttə ki, Buntmana heç nəyi sübut etmək mümkün deyil və o, bunun sadəcə təsadüf olduğunu söyləyəcək. Amma mən heç nəyi sübut etmək fikrində deyiləm. Bu, Qarik Martirosyanın erməni qapıçı haqqında məşhur lətifəsində olduğu kimidir: qol vursan da, bunu sübut edə bilməyəcəksən. Ancaq razılaşın ki, qəribədir – məhz Azərbaycanın mahnı müsabiqəsində qələbəsindən bir neçə gün sonra Buntmanın ilk dəfə Qarabağa getmək könlünə düşdü”, – deyə politoloq vurğulayıb və əlavə edib: “RF-nin aparıcı radiostansiyasının ideologiyasını qəbilə instinktləri əsasında formalaşdırmaq - bu, öz auditoriyasını aldatmaq, deməli, onun ziyanına işləmək deməkdir”.
F. Axundov, həmçinin son vaxtlar Rusiyanın bir sıra aparıcı media xadimlərinin Azərbaycan və Türkiyə əleyhinə səsləndirdikləri fikirləri və çağırışları arasında maraqlı paralel aparıb. “Məsələn, kiçik Buntman - Yevgeni İkinci Qarabağ müharibəsini xarakterizə edərkən belə bir fikir söyləyir ki, guya Rusiya Ermənistanı atıb. Yəni o, faktiki olaraq Rusiyanı Azərbaycan ərazisində Azərbaycana qarşı vuruşmağa çağırır. Marqarita Simonyan isə bir neçə gün bundan əvvəl daha da irəli gedərək Rusiyanı Qars və Araratı qaytarmaq üçün Türkiyə ərazisində Türkiyə ilə müharibə etməyə çağırıb”, - deyə Axundov əlavə edib.
Videoçarxın “qəhrəmanları” arasında tanınmış jurnalist Viktor Şenderoviç artıq İkinci Qarabağ müharibəsinin ilk günlərində öz qərarını çıxarmışdı: “Azərbaycan Ermənistana hücum edib!”
“Ancaq onlar bir şeyi nəzərə almadılar: bütün bu dəstək yalnız sözdədir. Onu nə diplomatik, nə də güc rıçaqlarına konversiya etmək mümkün olmayacaq. Vəziyyət həqiqətən gərginləşəndə Buntman efirdə bir-iki cümlə deyə bilər, Şenderoviç Facebook-da növbəti postunu yerləşdirəcək, amma “Yerablur”da artıq onlar yox, erməni analar ağlayacaq”, - deyə layihənin müəllifləri vurğulayırlar.*
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət