Birinci “Brand Award INTERNATIONAL” beynəlxalq müsabigəsinin iştirakçılarının qeydiyyatı başladı. Bu müsabiqədə dünyanın müxtəlif ölkələrində keçirilən "Brand Award" milli və regional yarışmalarının qalibləri iştirak edəcəklər. Bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev bildirib.
Telman Əliyev qeyd edib ki, Azərbaycanı bu müsabiqədə milli "Brand Award Azerbaijan" yarışmasında qalib gəlmiş 50 brend təmsil edəcək.“Brand Award” müsabiqəsinin keçirilmədiyi ölkələri təmsil edən korporativ brendlər, həmçinin məhsul və xidmət brendləri də beynəlxalq “Brand Award INTERNATIONAL” müsabiqəsinə qatıla bilərlər. Onlar bunu 17 dekabr 2021-ci ilə qədər www.brandaward.org saytında qeydiyyatdan keçərək edə bilərlər.
O qeyd edib ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəsmi tərəfdaşlığı, “Social Lab” agentliyinin rəqəmsal tərəfdaşlığı ilə keçirilən Brand Award INTERNATIONAL” mükafatı ən tanınan 50 beynəlxalq korporativ brendə, eləcə də məhsul və xidmət brendlərinə təqdim olunacaq. Qalib brendlər müstəqil beynəlxalq platformada keçirələn onlayn səsvermə üsulu ilə müəyyənləşdiriləcək. Səsvermə 2022-ci ilin yanvarın 10-dan 30-na qədər keçiriləcək. Qaliblər fevralın 8-i " Brand Award INTERNATIONAL " mükafatının onlayn təqdimetmə mərasimində elan ediləcək.
Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət