Azərbaycan-Rusiya münasibətləri proqnozlaşdırılan xarakter daşıyır və növbəti illərdə inkişaf edəcək. Politoloq Fuad Axundov belə hesab edir.
“Bu gün demək olar ki, Azərbaycan-Rusiya münasibətləri proqnozlaşdırılan xarakter daşıyır. Bu, əlbəttə ki, prezident İlham Əliyevin fəaliyyətinin nəticəsidir. Ümumilikdə, Azərbaycan prezidentinin həm Ankara, həm Moskva, həm Vaşinqton, həm də Brüssellə rahat münasibətli var. Bu, həqiqətən, İlham Əliyevin böyük bacarığı, rəhbərin peşəkarlığı barədə xəbər verir”, - Axundov
çərşənbə günü Azərbaycan–Rusiya münasibətləri,müasir Azərbaycanın inkişafında prezident İlham Əliyevin roluna həsr olunmuş onlayn dəyirmi masada bildirib.
Axundov vurğulayıb ki, Azərbaycan ümummilli lider Heydər Əliyev ölkədə hakimiyyətə gələndən sonra balanslaşdırılmış xarici siyasət həyata keçirməyə başlayıb. Heydər Əliyev “şahmat dili ilə ifadə etsək, məğlub vəziyyətdə partiya əldə edib və yalnız düzgün gedişlərlə vəziyyəti düzənə qoyub, gələcək inkişaf üçün təməl qoyub və İlham Əliyevin prezidentliyi dövründə gələcək təkan əldə edib. “Aşağıdakıları demək istəyirəm: 1993-cü ildən etibarən Rusiyada müəyyən qüvvələr olub, biz onların haradan olduğunu bilirik, onlar daimi deyirdilər ki, Azərbaycan Rusiyadan Qərb tərəfə uzaqlaşacaq, müqavilə imzalamamalıdır (1994-cü ildə neft müqaviləsi - İF), Azərbaycan zənginləşib qərbə tərəfə gedəcək. Lalin, əslində ildən ilə aydın olurdu ki, Azərbaycan-Rusiya münasibətləri ancaq yaxşılaşır”, - o qeyd edib.
Politoloq əlavə edib ki, hazırda Azərbaycan prezidenti nəinki hər şeyin məhv edildiyi, erməni işğalından azad olunan əraziləri bərpa etməyi, həm də son bir neçə gün ərzində ölkədə 2 milyondan çox vətəndaşın sosial vəziyyətinin yaxşılaşmasına yönələn sərəncamlar paketi imzalayıb.
Axundov vurğulayıb ki, prezident Əliyevin reytinqi “çox yüksəkdir”.
Politoloq gələcəkdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafına, qarşılıqlı ticarət dövriyyəsinin artacağına əminlik ifadə edib.
O əlavə edib ki, Azərbaycanda ruslar özlərini çox rahat hiss edirlər. “Biz vaxtlar xarici sosioloqlar böyük tədqiqat aparıblar, “İnterfaks” agentliyinin mərkəzi ofisində müvafiq məruzənin təqdimatı olub, digər mətbu orqanlarda geniş şəkildə dərc olunub. Bu tədqiqat postsovet respublikalarında rusların həyatını əks edirdi. Məlum olub ki, ən az sayda ruslar Ermənistandadır, onların həyat şəraiti orada çox pisdir. Azərbaycanda isə yaşayan rusların sayı ümumilikdə Ermənistan, Gürcüstan və Şimali Qafqaz respublikalarında yaşayan ruslardan çox olub. Bu da onların burada nə qədər rahat yaşayışı, Azərbaycanda milli tolerant mühitin yaradılması barədə xəbər verir. Və bu, həmçinin bizim prezidentin faliyyətinin nəticəsidir”, - Axundov vurğulayıb. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət