İT sahəsi sürətlə inkişaf edir və bu sahə üzrə mütəxəssislərə tələb hər gün daha da artır. Əgər siz də özünüzü və gələcək karyeranızı İT sahəsində görürsünüzsə, Yelo Bankın yeni layihəsi məhz sizin üçündür. “Yelo IT Lab” proqramı dinamik və potensial gənclərə həm İT sahəsini öyrədəcək, həm real təcrübə qazanmaq imkanı yaradacaq.
İstedadlı və motivasiyalı son kurs tələbələri və universiteti yeni bitirmiş məzunlar bu tədris-karyera proqramına qoşula bilərlər. Proqramda iştirak etmək üçün heç bir təcrübə tələb olunmur. Proqram maliyyə və İT üzrə 20 ildən çox beynəlxalq təcrübəyə malik «GNI Software» şirkəti ilə birgə həyata keçirilir. 3 aylıq proqram çərçivəsində Yelo Bank-ın və İT həlləri üzrə ixtisaslaşmış «GNI Software» şirkətinin peşəkar əməkdaşları tərəfindən təlimlər keçiriləcək. Təlim sonrası isə Bank-ın komandası ilə "Agile" metodologiyasında real iş mühiti ilə tanış olacaqlar. Proqramının sonunda seçilmiş iştirakçılar Yelo Bank-da işlə təmin olunacaq.
“Yelo IT Lab” proqramında iştirak etmək üçün tələb olunan meyarlara uyğun namizədlər 28 aprel, 2022 tarixinə kimi https://bit.ly/ylpsdcv linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Yerlər məhduddur, bu şansdan yararlanmağa tələsin. Hər kəsə uğurlar!
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! Yelo Bank vakansiya elanları ilə rəsmi veb-saytda tanış ola bilərsiniz.
YeloBank– Parlaq bankçılıq!
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət