Ademi Kaliyakbarova Qazaxıstandandır. O, Bakı Ali Neft Məktəbinin (BANM) Qazaxıstan-Britaniya Texniki Universiteti ilə əməkdaşlığı çərçivəsində Mübadilə proqramında iştirak edən 11 tələbədən biridir. Ademi Neft-qaz mühəndisliyi ixtisasının V kursunda təhsil alır. Üzməyi və stolüstü tennis oynamağı sevir. Bakı Ali Neft Məktəbinin qazaxıstanlı tələbəsi Ademi ilə Ali Məktəbi seçmə səbəbləri və buradakı mühitlə bağlı müsahibəni təqdim edirik:
- Bakı Ali Neft Məktəbini seçmə səbəbiniz nə idi?
- Bakı Ali Neft Məktəbi çoxlarının qəbul olmağı arzuladığı ən nüfuzlu universitetlərdən biridir. Bu ali təhsil müəssisəsi məzunları üçün çoxlu imkanlar açır. Bakı Ali Neft Məktəbini seçmə səbəblərimdən digəri isə buranın mühiti, zəngin bilik və geniş təcrübəyə malik professor-müəllim heyətidir. Nəhayət, mən Bakını çox sevirəm. O, mehriban və açıqfikirli insanları olan çox gözəl şəhərdir.
- Bakı Ali Neft Məktəbi haqqında öncədən hansı məlumatınız var idi?
-Mənim burada təhsil almış bəzi dostlarım var. Mən Bakıya gəlməzdən öncə onlarla ünsiyyətdə oldum və sonra Bakı Ali Neft Məktəbini seçməyə qərar verdim. Onlar bildirdilər ki, Bakı Ali Neft Məktəbində təhsil ən yaxşının yaxşısıdır və burada idman, tədris üçün hər cür şərait var. Mən bu söhbətlərdən sonra çox həvəsləndim.
- Artıq bir neçə aydır ki, Bakı Ali Neft Məktəbində təhsil alırsınız. Buradakı mühit sizin gözləntilərinizi doğruldubmu?
-Mən buradakı tədris mühitini çox bəyənirəm və burada olmaqdan çox xoşbəxtəm. Bakı Ali Neft Məktəbinin professor-müəllim heyətini və tələbələr üçün şəraitini çox bəyənirəm. Burada üzgüçülük hovuzu və stolüstü tennis var və bu idman növlərini çox sevirəm. Ali Məktəbdə voleybol, futbol və digər oyunları oynamaq üçün də imkanlar var. Buranın pedaqoji heyəti və tələbələri də çox qayğıkeşdirlər və həmişə kömək etməyə çalışırlar. Burada özümü vətənimdəki kimi rahat və sakit hiss edirəm. Bu şəraitə görə bütün BANM heyətinə, xüsusilə qonaqpərvərlik və qayğıkeşliyə görə rektor Elmar Qasımova, üzgüçülüyün sirlərini öyrətdiyinə görə Pyotr müəllimə və öyrətdikləri biliklərə görə professorlara təşəkkür edirəm.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət