Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar İrəvanın Bakı ilə münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Ermənistanın baş nazirinin Niderlandın Klingendayl Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir”, - deyə o bildirib.
L.Abdullayeva xatırladıb ki, Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə darmadağın edilən əraziləri hazırda Azərbaycan yenidən qurur, bərpa edir. Onilliklər ərzində torpaqlarından didərgin düşən insanların evlərinə geri qayıtmasını təmin etmək üçün gecə-gündüz iş görülür. Lakin bu ərazilərdəki genişmiqyaslı mina problemi köçkünlərin öz evlərinə tez qayıtmasına ciddi təhdid doğurur. Bunun yeganə səbəbkarı isə Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçı siyasət və dağıdıcı, pozucu fəaliyyətdir.
XİN sözçüsü qeyd edib ki, Ermənistanın baş nazirinin Azərbaycanı humanitar addımlar atmamaqda, saxlanılan erməni əsilli şəxsləri qaytarmamaqda ittiham etməsi yersiz və əsassızdır. “Ermənistan rəhbəri yaxşı olardı ki, öncə Azərbaycan ərazilərinə qanunsuz şəkildə daxil olan erməni əsilli diversantların Azərbaycanda saxlanma səbəbini anlasın”, - deyə L.Abdullayeva vurğulayıb.
O əlavə edib ki, Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, sülh üçün sadəcə danışmaq yox, hərəkət etmək lazımdır. “Sözsüz ki, humanitar məsələlər sülh gündəliyinin önəmli tərkib hissəsini təşkil edir və məhz bu səbəbdən Azərbaycan hər zaman humanizm prinsiplərini öz fəaliyyətində rəhbər tutub, hətta 44 günlük müharibə zamanı və müharibə sonrası birtərəfli qaydada humanitar addımlar atıb. Lakin, Ermənistan tərəfi nəhayət başa düşməlidir ki, sülh üçün sadəcə danışmaq yox, hərəkət etmək lazımdır. Lakin Ermənistanın baş nazirinin Azərbaycana qarşı hələ də əsassız iddialarla çıxış etməsi, bu ölkənin sülh üçün hərəkətə keçmək istəyini ciddi sual altına alır”, - deyə L.Abdullayeva vurğulayıb.*
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət