Bakı Ali Neft Məktəbində (BANM) Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında basketbol üzrə ölkə birinciliyinin açılış mərasimi keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev, olimpiya çempionu Fərid Mansurov, Təhsil Nazirliyinin və Azərbaycan Basketbol Federasiyasının nümayəndələri iştirak ediblər.
Çempionatın açılışında çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən və Bakı Ali Neft Məktəbinin evsahibliyi etdiyi bu yarışı əlamətdar hadisə olaraq qiymətləndirib: “Mən həmişə Bakı Ali Neft Məktəbinə gələndə çox böyük qürur hissi keçirirəm. Müasir tələblərə və standartlara cavab verən, ən yeni avadanlıqlarla təchiz edilmiş kampusu, idman zalı hər bir azərbaycanlını sevindirməlidir. Ali təhsil ocaqları arasında basketbol yarışları bir neçə il idi ki, keçirilmirdi. Artıq çempionatın başlaması və belə şəraitdə keçirilməsi sevindiricidir”.
BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayaraq bir neçə illik fasilədən sonra ali təhsil müəssisələri arasında keçirilən ilk basketbol çempionatına rəhbərlik etdiyi Ali Məktəbin evsahibliyi etməsinin qürurverici hal olduğunu bildirib.O qeyd edib ki, basketbol universitetlər arasında ən geniş yayılan idman növlərindən biridir və onun geniş yayılmasında təhsil naziri Emin Əmrullayevin böyük rolu var. Rektor ali məktəblərdə idman klublarının fəaliyyətinin vacibliyini də vurğulayaraq Bakı Ali Neft Məktəbində 20-yə yaxın klub olduğunu əlavə edib.Elmar Qasımov 29 komandanın mübarizə aparacağı çempionatda dostluq və mehribanlığın qalib gələcəyinə əminliyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Fərrux Mahmudov çempionat iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edək ki, ali təhsil müəssisələrinin tələbələri arasında basketbol üzrə respublika çempionatında 24 oğlan, 5 qızlardan ibarət olmaqla, 29 komanda (24 universitet) iştirak edir.
Çempionatın ilk oyunu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ilə Bakı Dövlət Universitetinin komandaları arasında baş tutub və Akademiyanın tələbələri 77-52 hesabı ilə qalib gəliblər.
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının tələbələri ilə evsahibi Bakı Ali Neft Məktəbinin tələbələri arasında keçirilməsi nəzərdə tutulan oyunda isə birinci komandanın iştirak etməməsi səbəbindən BANM-in komandasına texniki qalibiyyət verilib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət