İT sahəsində özünü görən və inkişaf etdirmək istəyən gəncləri hədəfləyən Yelo IT Lab proqramına namizədlərin seçimi başa çatıb. Proqram barədə mətbuatda xəbərlər çıxan andan etibarən cəmiyyətdə doğurduğu geniş maraq Yelo Bankın bu sosial təşəbbüsünə yüksək tələbatın olduğunu göstərir. Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi test və fərdi müsahibə olmaqla iki mərhələdə aparıldı. 1400-dən çox iştirakçı arasında ən uyğun 35 nəfər proqramda iştirak haqqı qazandı. Yelo Bank-ın Baş ofisində iştirakçılar təntənəli surətdə qarşılandılar. Açılış tədbirində bank rəhbərliyi və əməkdaşlarının iştirakı ilə təqdimat və ofis turu həyata keçirildi. 3 ay davam edəcək təlim və tədris proqramının yekununda xüsusi fərqlənən məzunlar Yelo Bank-da işlə təmin olunacaq.
Proqramınfəaliyyətinə İT həlləri üzrə ixtisaslaşmış «GNI Software» şirkəti metodoloji dəstək verir. Təlimləri Yelo Bank və «GNI Software» şirkətinin peşəkar əməkdaşları Agile metodikası əsasında aparır. Yelo IT Lab-də öyrədilən təhsil və qazanılan təcrübə tələbələrin fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələyə kömək edəcək. Yelo IT Lab proqramının yaradılmasında əsas məqsəd ölkəmizdə peşəkar İT mütəxəssislərinin hazırlanmasına və bu istiqamətin inkişafına dəstək olmaqdır.
Bank xidmətləri, o cümlədən, kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət