Rəsmi Moskva Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üzrə iki komissiyanın işi məsələsində Bakı və İrəvana məsləhət xidmətləri göstərməyə hazırdır. Bu barədə Rusiyanın XİN başçısı Sergey Lavrov bəyan edib.
“Biz həm də başqa razılaşmalara uyğun olaraq Azərbaycanda və Ermənistanda sərhədlərin delimitasiyası və demarkasiyası üçün yaradılmış iki komissiyanın xətti üzrə işə məsləhət xidmətləri göstərməyə də hazırıq. Bu barədə konkret təkliflər var. Onları Sizinlə müzakirə etməyə şad olaram”, - Lavrov cümə axşamı Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bildirib.
Lavrovun sözlərinə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində “müəyyən irəliləyiş” var.
“Biz üç lider tərəfindən 2020-ci ilin noyabrında, 2021-ci ilin yanvarında və noyabrında imzalanmış üç sənədin reallaşmasına hər vasitə ilə kömək etməyə hazırıq.Bizim dəyərləndirməmizə görə, kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupunun fəaliyyətində müəyyən irəliləyiş var”, - Lavrov vurğulayıb.
Bu mənada, nazir avtomobillərin maksimum komfort şəkildə hərəkətinə süni maneə yaradılmaması üçün Ermənistan tərəfi ilə nəqliyyat kommunikasiyaları ilə əlaqədar məsələlərin razılaşdırılmasını zəruri hesab edir.
“Mənə belə gəlir ki, avtomobillərin maksimum komfort şəkildə hərəkətinə heç bir süni maneə yaradılmaması üçün bu işin təşkili məsələsini necə həll etmək barədə ümumi fikir formalaşır. Rusiya nəticə əldə olunana qədər bu işə kömək edəcək”, - Lavrov vurğulayıb.
Rusiya XİN başçısı həmçinin qeyd edib ki, Moskva Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına dair danışıqlar məsələsi üzrə kömək etməyə hazırdır.
“Biz eşitmişik, Ermənistan tərəfi, baş nazir Paşinyan bu mövzuda danışıqlar aparmağa hazırdır. Biz burada da Azərbaycanın və Ermənistanın razılığı ilə kömək göstərməyə hazırıq”, - Lavrov bildirib. **
X.Nəsirzadə
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
“AzerGold” Daşkəsəndə sosial layihələrə 610 min manat yönəldəcək
Sumqayıt Şəhər İH yol işlərinə 1,4 milyon manata yaxın vəsait yönəldəcək
Mirzoyan İrəvanın Bakı ilə sülh sazişi üzrə məsləhətləşmələrə başlamağa hazır olduğunu bəyan edir
Lavrov: “Aİ və NATO Rusiya ilə müharibə üçün koalisiya toplayır”
Lavrov: “Minsk qrupu fəaliyyətini ABŞ və Fransanın təşəbbüsü ilə dayandırıb”
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
“Veysəloğlu” alman markası “Rossmann”ı ölkəmizə gətirdi!
Yelo Bank-dan 100 000 manatadək mikro biznes krediti
SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq