2021-ci ilin yekunları üzrə SOCAR-ın gəlirləri 77 milyard 531 milyon manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 56,3% çoxdur.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə şirkətin 2021-ci il üzrə birləşdirilmiş maliyyə hesabatında deyilir. SOCAR-ın 2021-ci il ərzindəki maliyyə fəaliyyətinin BMHS üzrə auditi “Ernst & Young” şirkəti tərəfindən aparılıb.
2021-ci ildə şirkətin xalis mənfəəti 2 milyard 115 milyon manat (2020-ci ildə xalis zərər 1 milyard 734 milyon manat) təşkil edib.
“Həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri nəticəsində SOCAR 2021-ci ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub. Hesabat dövründə şirkətin gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub. Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib”, - deyə hesabatda bildirilir.
2021-ci ildə SOCAR gəlir marjasını 10,2%-dən 11,4%-ə, əməliyyat mənfəətini isə 10,3 dəfə artıraraq 4 milyard 929 milyon manata yüksəldib və 2021-ci ili 2 milyard 115 milyon manat xalis mənfəətlə başa vurub. “Qeyd edək ki, bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir”, - deyə hesabatda qeyd olunur.
Hesabat ilində SOCAR-ın satışlarının maya dəyəri 68 milyard 689 milyon manat (artım 54,2%) təşkil edib.
2021-ci ildə şirkət tərəfindən dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişlər 1 milyard 162 milyon manat məbləğində (artım 3,9 dəfə) olub.
Bu dövrdə SOCAR-ın ümumi aktivləri 8,1% - 69 milyard 357 milyon manata qədər, o cümlədən cari aktivləri 31,1% - 23 milyard 940 milyon manata qədər artıb, uzunmüddətli aktivləri isə 1,1% - 45 milyard 417 milyon manata qədər azalıb.
SOCAR-ın kapitalında və pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. SOCAR-ın cəmi kapitalı 3,8% artaraq 22 milyard 75 milyon manata, pul vəsaitləri isə 46,5% artaraq 9 milyard 12 milyon manata yüksəlib. 2021-ci ilin sonuna şirkətin nizamnamə kapitalı 4 milyard 748 milyon manata (artm 1,1%) bərabərdir.
2021-ci ildə SOCAR-ın öhdəlikləri 10,4% - 46 milyard 607 milyon manata qədər artıb, o cümlədən uzunmüddətli öhdəlikləri 26 milyard 299 milyon manat (artım 21,8%), cari öhdəlikləri 20 milyard 308 milyon manat (azalma 1,6%) təşkil edir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət