Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator “Nar”, istifadəçilərinin müxtəlif xidmət kanalları üzrə məmnuniyyət göstəricilərini açıqlayıb. Göstəricilər bütün xidmət kanalları üzrə daxil olan müraciətlər əsasında noyabr ayınadək olan dövr üçün hesablanıb.
İstifadəçilərin mobil təcrübəsini daha da rahatlaşdıran “Nar+” tətbiqinin onlayn çat xidmətinə 88 min müraciət daxil olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 77% daha çoxdur. Sorğuların sayı artsa da, “Nar+” tətbiqində göstərilən bütün xidmətlərdən abunəçilərin razılıq səviyyəsi azalmayıb, əksinə artaraq 88%-ə çatıb. Qeyd edək ki, tətbiq istifadəçilərə daha çevik imkanlar verir, yeni paketlərin rahatlıqla aktivləşdirilməsinə, izahlı qaimə kimi mühüm əməliyyatların qısa zamanda yerinə yetirilməsinə kömək olur. Bundan başqa, “Nar” internet səhifəsindəolan şəxsi kabinetlər, eyni zamanda “Facebook”, “Twitter” və digər sosial şəbəkələr üzərindən abunəçilərə yüksək xidmət göstərir.
Mobil operatorun ənənəvi xidmət kanallarını seçən abunəçiləri də göstərilən xidməti yüksək qiymətləndirirlər. Belə ki, bu ilin noyabr ayına qədər 777 Çağrı Mərkəzinə zəng edən abunəçilərin xidmətdən razılıq səviyyəsi 89% olub. “Nar”ın yenilənmiş xidmət mərkəzləri və mağazalarında göstərilən xidmətdən razılıq səviyyəsi isə artaraq 98%-ə çatıb.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət