Abunəçilər üçün giriş
Bu xəbər yalnız abunəçilər üçün açıqdır.
Onu oxumaq üçün öz akkauntunuzla daxil olun və ya qeydiyyatdan keçin.
Loqin
Parol
Loqin və ya parol səhvdir

Valyuta məzənnələri

USD   1.7 EUR   1.8227 RUR   0.0185 GBR   2.1249 TRY   0.0522

Neftin qiyməti

25.04 $/bbl +/- WTI 83.57 +0.76 Brent 89.01 +0.99

Haqqımızda

“İnterfaks-Azərbaycan” layihəsi haqqında

“İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi Rusiyanın “İnterfaks” Beynəlxalq İnformasiya Qrupunun (Interfax Information Services Group) və ARDNŞ-nin təsisçiliyi ilə 2002-ci ilin oktyabrında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin və Rusiya Federasiyasının prezidenti Vladimir Putinin şəxsi təşəbbüsü ilə yaradılmışdır.
Agentliyin yaradılmasında başlıca məqsəd Azərbaycanda baş verən prosesləri dəqiq, obyektiv və operativ şəkildə “İnterfaks”ın qlobal əməliyyat sistemi vasitəsi ilə dünya ictimaiyyətinə çatdırmaq, ölkəmiz haqqında tam və dəqiq təsəvvür yaratmaq olmuşdur.
Bu məqsədlə agentliyimiz www.ifx.ruwww.interfax.az saytları vasitəsi ilə on-line rejimində «Аzərbaycan xəbərləri» və «Новости Азербайджана» adlı xüsusu informasiya məhsulları buraxır. Hər gün agentliyimizin müxbirləri Azərbaycanın ictimai-siyasi və maliyyə-iqtisadi sahələrini əhatə edən 70-dən çox informasiya hazırlayır və bütün dünyaya yayır.
Baş ofisi Bakıda yerləşən agentliyin Naxçıvan, Gəncə, Lənkəran və Qəbələdə müxbir məntəqələri fəaliyyət göstərir. Ümumilikdə isə bizim müxbir şəbəkəmiz Azərbaycanın bütün regionlarını əhatə edir.

“İnterfaks”Qrupu haqqında

“İnterfaks” 1990-cı illərin əvvəllərindən Rusiya və MDB haqqında operativ informasiyaların beynəlxalq ictimaiyyətə çatdırılmasında əsas informasiya mənbəyidir. ”İnterfaks” Qrupunun strukturu özündə Rusiya, MDB ölkələri, eləcədə Çin və bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ərazilərində fəaliyyət göstərən milli, regional və ayrı-ayrı sahələri təmsil edən 30-a yaxın informasiya agentlikləri şəbəkəsini birləşdirir.Qrupun şirkətləri müxtəlif auditoriyalar üçün rus, azərbaycan, ukrayna, qazax, ingilis və alman dillərində 100-dən artıq xüsusi informasiya məhsulları buraxır.
“İnterfaks” Qrupunun bölmələri maliyyə bazarının iştirakçıları üçün analiz və ixtisaslaşdırılmış xidmətlər sahəsində fəal çalışır. Dünya reytinq biznesində liderlik edən “Moody`s Investors Service” in tərəfdaşlığı ilə yaradılan “Moody`s Interfax Rating Agency” MDB bazarında reyting xidmətləri üzrə aparıcı mövqedədir.
2004-cü ildə Qrup özü və ümumilikdə Rusiya bazarı üçün yeni olan kredit tarixlərinin biznes bürosunu fəal inkişaf etdirməyə başlayıb. Bu layihə üzrə “İnterfaks”ın tərəfdaşı dünyada ən iri kredit bürosu olan “Experian” çıxış edib. Onunla paritet əsaslarla “Experian-İnterfax” adlı şirkət təsis olunub.
“İnterfaks”ın informasiyaları “Reuters” və “Bloomberg” kimi apartıcı dünya agentliklərinin informasiya sistemlərinə və ən iri məlumat bazalarına daxil olur.
“İnterfaks”ın minlərlə müştəriləri sırasında dünyanın aparıcı kütləvi informasiya vasitələri, dövlət və hökümət strukturları, səfirliklər, iri banklar, korporasiyalar, investisiya şirkətləri və fondlar var.

Azərbaycan haqqında ən aktual informasiya

“İnterfaks-Azərbaycan” agentliyinin on-line məhsulları olan “Azərbaycan xəbərləri” və “Новости Азербайджана” informasiya lentləri ölkəmizin siyasi, maliyyə-iqtisadi və sosial həyatı, eləcədə dünyada baş verən mühüm və maraqlı hadisələr barədə ən operativ məlumatları təqdim edir.

Biz nə təqdim edirik

    •  dünyada və ölkədə baş verən ən mühüm və maraqlı hadisələr haqqında on-line rejimində azərbaycan və rus dillərində “qaynar” xəbərlər.
    •  Azərbaycanın aparıcı simaları, eləcədə hökümət və biznes nümayəndələrindən eksklyüziv müsahibələr.
    •  ölkə ərazisində fəaliyyət göstərən sənaye müəssisələrinin, şirkətlərin və bankların fəaliyyəti haqqında ətraflı məlumatlar.
    •  hökümətin təşəbbüs və tədbirləri haqqında hərtərəfli və operativ xəbərlər.
    •  investisiya layihələri və tenderlərlə bağlı məlumatlar.
    •  reklam bannerlərinin və press-relizlərin saytımızda yerləşdirilməsi.
    •  reklam loqolarının mətbuat konfransları keçirilən zalımızda yerləşdirilməsi.

Bizi kimlər oxuyur

    •  Bizim məlumatlarımızdan təkcə siyasətçilər və iş adamları deyil, eyni zamanda aparıcı yerli və xarici kütləvi informasiya vasitələri yararlanırlar.
    •  “İnterfaks” xarici və Rusiya KİV-ləri tərəfindən istinad olunma səviyyəsinə görə informasiya agentlikləri arasında yenidən liderlik edir:

“İnterfaks” qabaqcıl xarici və Rusiya KİV-ləri tərəfindən istinad olunma səviyyəsinə görə RF-nin informasiya agentlikləri arasında liderliyini qoruyub saxlayır. 2013-cü ilin yekunları üzrə Beynəlxalq KİV-lərin ən iri bazası olan "Factiva”nın və Xəbərlərin Kompleks Təhlil Sisteminin məlumat bazasında olan nəşrlərin təhlili əsasında alınan nəticələr belə deməyə əsas verir.

“İnterfaks” “Factiva”nın arxivindən (dünyanın 200 ölkəsindən minlərlə aparıcı xəbər və biznes mənbələrini əhatə edir) dərc edilmiş xəbərlərin təhlili əsasında tərtib edilmiş, beynəlxalq KİV-lərdə adı çəkilən Rusiyanın 3 aparıcı informasiya agentliyi reytinqində lider olub.

Bizə nə üçün etibar edirlər

    •  Bu gün “İnterfax” və “İnterfax.az” brendləri beynəlxalq birlik tərəfindən informasiyaların doğruluğu, operetivliyi və keyfiyyətinin başlıca zəmanətidir.
    •  Xəbərlər hazırlanarkən “İnterfaks” qrupunun informasiya standartlarına ciddi riayət edilir.
    •  Biz yalnız öz informasiya mənbələrimizlə işləyirik.
    •  Bizim saytımızda və xəbər lentimizdə müştərilərimiz üçün vacib və zəruri hesab etdiyimiz materiallar dərc edilir.
    •  Biz müştərilərimizə qərar verməyə yardımçı olan xəbərlər təqdim edirik.

Müştərilərimizin üstünlükləri

“İnterfaks-Azərbaycan” agentliyinin on-line məhsulu olan “Azərbaycan xəbərləri” informasiya lentinin müştərisi olmaqla Siz “İnterfaks” Qrupunun bütün nəşrləri , məhsulları və xidmətlərinin reyestrindən istifadə etmək imkanı əldə edirsiniz. Bura Rusiyanın federal xəbər lentləri, sahə və informasiya-analitik məhsulları, məlumat bazası, maliyyə bazarının iştirakçıları üçün ixtisaslaşdırılmış xidmətlər də daxildir.

“İnterfaks” ın ən populyar məhsulları:

“İnterfaks” ın əsas məhsulu və ən məşhur nəşri olan “İnterfaks xəbərləri” real vaxt rejimində çıxır və Rusiyanın informasiya jurnalistikasının etalonu hesab olunur. Bu məhsul həftənin 7 günü və sutkanın 24 saatı ərzində dunyanın siyasi və iqtisadi həyatında baş verən hadisələrdən bəhs edir.

“Maliyyə-iqtisadi xəbərlər. Tam versiya”- bu nəşrə abunə olmaqla Siz əmin ola bilərsiniz ki, iqtisadiyyata bu və ya digər şəkildə aidiyyatı olan heç bir mühüm hadisəni qaçırmayacaqsınız. Real vaxt rejimində çıxan “İnterfaks”ın tam xəbər lenti dövlət idarələrinin fəaliyyəti, makroiqtisadiyyat, maliyyə, əmtəə bazarındakı vəziyyət, müxtəlif sahələrdə çalışan şirkətlər haqqında beynəlxalq və regional xarakterli gündəlik 400-dən artıq məlumatı özündə əks etdirir. Lentdə Siz birja və birjadankənar bazarların qiymətlərinin göstərildiyi çoxsaylı informasiya cədvəllərinə rast gələ bilərsiniz. Bu lent şənbə və bazar günlərindən başqa hər gün çıxır.

“Sığorta şirkətləri üçün xəbərlər”- sığorta şirkətləri üçün ixtisaslaşdırılmış gündəlik informasiya-analitik bülletendir. Bu büllüten qısa müddət ərzində sığorta bazarının ən populyar nəşrinə çevrilib.Siz burada sığorta bazarı və onun iştirakçıları , həm də şirkətlərin investisiya fəaliyyəti haqqında məlumatlar əldə edə bilərsiniz.

“Banklar və maliyyə” - həftəlik informasiya-analitik bülleten olub, bank və maliyyə sistemindəki vəziyyət, nizamlayıcı orqanların qərarları və maliyyə bazarındakı şəraiti təhlil edir.

“YEK xəbərləri” - keçmiş SSRİ məkanındakı yanacaq - energetika kompleksində baş verən bütün əsas hadisələri real vaxt rejimində işıqlandıran operativ informasiya lentidir.Burada neft, qaz hasilatı və ixracı; neft məhsullarının istehsalı və satışı ; neftin dünya bazarındakı qiymətlərinin inkişaf sxeminə dair şərhlər barədə əsas statistik məlumatlar dərc olunur. Lentdə gün ərzində 100-dən artıq hadisə işıqlandırılır.

Haqqımızda deyilənlər

«“İnterfaks”ı postsovet məkanında ən dinamik informasiya strukturu hesab edirəm. Sizin müstəqil informasiya agentliyiniz yüksək peşəkarlığı, operativliyi və materialların obyektiv təqdimatına görə Rusiyada və onun hüdudlarından kənarda ən nüfuzlu agentliklərdən biridir».

Heydər Əliyev , 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti

 

«Bu gün müasir Azərbaycanın reallıqlarını işıqlandıran “İnterfaks-Azərbaycan” agentliyi operativlik, etibarlılıq və obyektivlik siyasətinə sadiq qalmaqda davam edir. Ölkəmizin müxtəlif regionlarında agentliyin nümayəndəliklərinin açılması bizim dinamik və ahəngdar inkişafımızın daha bir sübutudur. Əminəm ki, agentliyin fəaliyyəti bundan sonra da media məkanında ölkəmizin layiqli imicinin formalaşmasına kömək edəcək, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin obyektiv işıqlandırılmasına öz töhfəsini verəcək, eləcə də “Azərbaycan xəbərləri” informasiya lenti vasitəsi ilə müxtəlif sahələrdə geniş informasiya spektri təqdim olunacaq».

İlham Əliyev , Azərbaycan Respublikasının Prezidenti

 

«“İnterfaks” informasiya agentliyi dövrümüzün başlıca uğuru olan söz azadlığını təcəssüm etdirir. “İnterfaks”ın xəbərləri həm sahibkarlar , həm siyasətçilər, həm də Rusiya hökümət üzvləri tərəfindən diqqətlə izlənilir.Bu gün mürəkkəb dəyişikliklər dövründə informasiyanın verilməsində qərəzsizlik və peşəkarlıq xüsusilə vacibdir».

Vladimir Putin, Rusiya Federasiyasının prezidenti

 

“İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin baş ofisi:

Azərbaycan Respublikası, AZ 1000
Bakı, İçərişəhər. Vaqif Mustafazadə küç., 6/ 10, 3-cü mərtəbə
Telefon: (+994 12) 497-35-07, 497-62-05
Faks: (+994 12) 497-42-94
Mob: (+994 50) 225-52-50
Veb-sayt: www.interfax.az
E-mail: baku@interfax.az

Siyasət

İqtisadiyyat

Cəmiyyət

Ölkənin bölgələri

Xarici xəbərlər

Eksklüziv

Press-reliz

Anonslar

Nəzər nöqtəsi

Norm Bizim Usta

COP29