Abunəçilər üçün giriş
Bu xəbər yalnız abunəçilər üçün açıqdır.
Onu oxumaq üçün öz akkauntunuzla daxil olun və ya qeydiyyatdan keçin.
Loqin
Parol
Loqin və ya parol səhvdir

Valyuta məzənnələri

USD   1.7 EUR   1.8055 RUR   0.018 GBR   2.1122 TRY   0.0522

Neftin qiyməti

17.04 $/bbl +/- WTI 82.69 -2.67 Brent 87.29 -2.73

Prezident-müxbir

Azərbaycanın gələcək prezidentinin “İnterfaks”ın Naxçıvandakı “ştatdankənar müxbiri” işləməsi haqqında

1991-ci ilin yayına qədər mən Heydər Əliyevi şəxsən tanımırdım, ancaq barəsində çox eşitmişdim. 1980-ci illərin sonunda o, ali partiya rəhbərliyində müasir dövrün ifadəsi ilə desək, böhran əleyhinə menecer idi. Onu ən mürəkkəb işlərə göndərirdilər. Belə ki, 1986-cı ildə məhz o, “Admiral Naximov” teploxodunun qəzaya uğraması səbəblərinin araşdırılması üzrə komissiyaya başçılıq edib. “İnterfaks” onun barəsində çox yazırdı, ancaq H.Əliyevlə əsasən jurnalistlər ünsiyyətdə olurdu. Mənə isə  onunla görüşmək qismət olmurdu.

Həmin gün 1991-ci il iyulun 19-da mən haradansa agentliyə təzəcə qayıtmışdım. O vaxtlar müxbirlər şöbəsinə rəhbərlik edən müavinim Slava Terexov son dərəcə həyəcanlı şəkildə tələsik içəri girir. "Heydər Əiyev bizdədir, mən indi onu sənin yanına gətirəcəyəm", - deyə o təngənəfəs halda bildirdi. "Hansı Əliyev?"- deyə mən təəccüblə soruşdum "Həmin Heydər Əliyev", - deyə Slava izah etdi və mənim çaşqınlığımı görərək (çünki Siyasi Büronun üzvləri indiyədək bir dəfə də olsun bizə qonaq gəlməmişdi) başa saldı: o, Sov.İKP-dan çıxması haqda ərizə yazıb və bizə onu dərc etməyi təklif edir. "MK-dan kiminsə şərhi olacaq?" – deyə Terexov soruşdu.

Ümumiyyətlə, xəbərləri kiminsə şərhləri ilə vemək bizim üslubumuz idi .Biz informasiyanın havadan asılı qalmaması üçün hər bir xəbərə opponentlərin, ekspertlərin fikirlərini əlavə etməyə çalışırdıq. Və abunəçi xəbəri onun arxasında nəyin durması, bu və ya digər hadisənin nə bildirməsi, onun hansı nəticələrinin ola bilməsi, gələcəkdə nəyin baş verəcəyi ilə bağlı izahlarla əldə edirdi.

Lakin burada vəziyyət başqa idi. Terexovun danışdığı təfərrüatlardan sonra mən dərhal başa düşdüm ki, MK-də bu informasiyanı dərhal mənimsəyəcək və ya mətni nəşr etməyə qoymayacaqlar, təkcə şərh verəcəklər ki, burada da əlbəttə, hər şey məzmunsuz olacaq.

 «Yox, Slava, – deyə mən Terexova dedim. Gəl biz risk etməyək. Bu xəbər öz-özlüyündə vacibdir. Prosesi dönülməz edəcək, daha sonra isə şərh axtaracağıq". Slava başı ilə razılıq verdi və bir dəqiqə sonra H.Əliyevlə qayıtdı. Mən ilk dəfə idi onu belə yaxından görürdüm. Xatırladığıma görə, o, çox sakit idi, gözlərini qıyaraq mənə baxdı və bir növ kələklə məndən soruşdu: «Hə nə var, deyəsən titrəyirsiz? Nəticəsi sizin üçün ciddi ola bilər, ideoloji şöbə hələ də yanvarda sizi bağlamadığına görə təəssüflənir". Mən Heydər Əliyevin bu əhvalatı bilməsindən çox təəccübləndim. 1991-ci ilin yanvarında Sov.İKP MK-dakı mühafizəkar qüvvələr həqiqətən də bizi bağlamağa cəhd etmişdilər, indi deyildiyi kimi "hücum" çox ciddi olmuşdu.

Əliyev qımışdı. "Mən ki sizə təsadüfən gəlməmişəm. Məsləhətləşdim, dedilər, siz əyilən insanlardan deyisiniz". "Doğru söyləyiblər, dərhal verərik", - deyə cavab verdim. Bir neçə dəqiqədən sonra xəbər çıxdı, və aləm bir-birinə dəydi...

...Zaman keçdi. Çoxlu hay-küylü hadisələr baş verdi. 1991-ci ilin avqustu. FHDK. Qorbaçov. Yeltsin. SSRİ tarixə çevrildi. H.Əliyevin bəyanatı ilə bağlı insident sürətlə keçmişdə qaldı. Mən bilirdim ki, o, Naxçıvanın rəhbəri olub, biz bu barədə yazmışdıq. Lakin bu hardasa hər gün “İnterfaks”ın xəbər çarxında əks olunan adi hadisələr səviyyəsində baş vermişdi.

Və bir dəfə 1992-ci ilin baharında mənə dedilər ki, bizə feldyeger gəlib. Mən hətta bunun nə demək olduğunu anlamadım. İndiyədək bizim bu xidmətlə əlaqəmiz olmamışdı.

Mənim kabinetimə bir zabit daxil oldu, çantasından üzərində iri qırmızı hərflərlə “hökumət” sözləri yazılmış teleqram çıxardı, mən beləsini heç vaxt görməmişdim və o məndən teleqramı aldığıma görə qol çəkməyi xahiş etdi. Teleqramın Naxçıvandakı vəziyyətlə bağlı informasiyadan ibarət olması məni çox təəccübləndirdi. Aşağıda imza var idi: "H.Əliyev ".

Biz, əlbəttə, məlumatı həvəslə hazırladıq və buraxdıq. Bu gündən etibarən bizim Naxçıvandakı yeni “ştatdankənar müxbirlə” sıx işimiz başladı. Bu qeyri-adi əməkdaşlıq onun Azərbaycan prezidenti seçilməsinədək davam etdi. Az qala hər gün bizə feldyegerlər gəlir və onun imzası ilə bizə “hökumət” teleqramları gətirirdilər.

 Bu müddət ərzində bizə H.Əliyevin müəllif olduğu yüzlərlə məlumat gəldi və bizdə dərc olundu. Sonralar çoxlu digər görüşlər oldu, daha sonra yaranması ideyasını Azərbaycan prezidentinin fəal dəstəklədiyi “İnterfaks-Azərbaycan” agentliyi yarandı. Bu isə artıq tamam başqa əhvalatdır...

Siyasət

İqtisadiyyat

Cəmiyyət

Ölkənin bölgələri

Xarici xəbərlər

Eksklüziv

Press-reliz

Anonslar

Nəzər nöqtəsi

Norm Bizim Usta

COP29