Azərbaycan 2007-ci ildə şəhid ailələrinə fərdi pensiyaların ödənilməsi sistemini tətbiq etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
“Hazırda əhalinin bi kateqoriyası 12 manata bərabər olan aylıq müavinətlər alır. Parlamentdə 2007-ci il dövlət büdcəsinin müzakirələri zamanı deputatlar müavinətlərin minimum 50 manata qədər artırılmasına tərəfdar olublar”, - deyə Maliyyə Nazirliyinin nümayəndəsi bildirib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi ilə məsləhətləşmələrdən sonra 2007-ci ildən şəhid ailələrinə fərdi pensiyaların verilməsi barədə qərar qəbul olunub.
“Belə ailələrin sayı 9 minə yaxındır. Onlar üçün aylıq fərdi pensiyaların ölçüsü ölkə prezidenti İlham Əliyev tərəfindən müəyyən olunacaq”, - deyə o qeyd edib və pensiyanın məbləğinin əhəmiyyətli olacağını əlavə edib.
Mənbə 2007-ci ilin dövlət büdcəsində bu məqsədlər üçün 10,8 mln. manatın ayrılacağınını nəzərdə tutulduğunu qeyd edib.
Xəbər verildiyi kimi, noyabrın 28-də Azərbaycan parlamenti dövlət büdcəsinin layihəsinin 5 mlrd. 335,7 mln. manat gəlirlə, 5 mlrd. 714,7 mln. manat xərclə, 188 mln. manat və ya ÜDM-un 1,7 faizi qədər kəsirlə təsdiqləyib.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət