Gənclər və idman naziri Azad Rəhimov hesab edir ki, Bakıda yaşayan gənc ailələrin mənzil probleminin həlli vacibdir.
“İlk növbədə, Bakıda yaşayan gənc ailələrin mənzil problemini həll etmək lazımdır. Çünki, gənclərin əsas hissəsi burada yaşayır və işləyir”, - deyə nazir «Interfaks-Azərbaycan» agentliyinə müsahibəsində bildirib.
O əlavə edib ki, mənzilə ehtiyacı olanların sayının minimuma endirilməsi üçün bu sahədə işi düzgün planlaşdırmaq lazımdır.
Hazırda nazirliyin gənclər siyasəti sahəsində prioritet vəzifələrindən biri gənc ailələrin mənzil problemlərinin həllinə yardım etməkdir. Bununla əlaqədar nazirlikdə gənc ailələr üçün güzəştli mənzil tikintisini nəzərdə tutan “Pilot layihə” hazırlanıb.
Onun sözlərinə görə, nazirliyin təşəbbüsü ilə Bakı şəhər İcra Hakimiyyəti binaların inşası üçün sahələr ayırıb.
“Öz növbəsində, dövlət yaşayış binalarının müvafiq kommunikasiyalarla təmin olunması öhdəliyini öz üzərinə götürməlidir. Bütün bunlar mənzilin 1 kv.m-nin qiymətinin mövcud qiymətlərlə müqayisədə aşağı düşməsinə imkan verəcək», - deyə nazir qeyd edib.
“Hazırda əsas vəzifə ilkin ödənişin və aylıq faizin ödənilməsinin azaldılmasıdır. Sosial ipoteka ilə bağlı bütün müzakirələrdə nazirlik ödənişlər üzrə faiz dərəcələrinin və ilkin ödənişin azaldılmasına, ipoteka krediti üzrə ödənişlərin müddətinin artırılmasına təkid edib”, - deyə A.Rəhimov vurğulayıb.
Onun fikrincə, bu halda çoxsaylı gənc ipoteka kreditləşməsinin şərtlərindən yararlana biləcək ki, bu da yeni mənzil almış gənc ailələrin sayının artmasına şərait yaradacaq.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət